Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı.
== Həyatı ==
Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir.
1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır.
1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub.
1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.