XƏŞİL

is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. ( Ata. sözü ).
[Ağa Kərim xan:] Tez ürəktutan xörəklərdən … biri xəşildir. N.Vəzirov.
…Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar.

◊ Xəşilə döndərmək – bir şeyi (maddəni) duru xəmir (horra) halına salmaq, korlamaq.
[Süleyman:] [Gübrəni] aparıb töküblər yağışın altına, döndəriblər xəşilə. M.İbrahimov.

Xəşilini çalmaq – öldürmək, işini bitirmək.
Xəşilini çıxarmaq – əzibəzişdirmək, sağ yer qoymamaq.
Əsgərin gözünü püfləyənin xəşilini çıxardaram. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏŞİL XƏŞİL Belə vaxtda bəziləri; Hələ isti otağında; ..Xəşil yeyir, yeyir, yatır (M.Rzaquluzadə); SIYIQ Sıyıq ilə yıxılan ev, aş bişir, viran olsun (Ata
XƏŞƏM
XƏTA
OBASTAN VİKİ
Xəşil
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.

Digər lüğətlərdə