Yəşəm
Yəşəm — kvars və ya xalsedonla sementləşmiş mikroskopik kvars dənələrindən ibarət bərk süxurdur. Tərkibində böyük miqdarda dəmir, alüminium, kalsium oksidlərinin və həmçinin qranat, xlorit, epidot kimi mineral qarışılqların olması ona çox müxtəlif rənglər verir. Yəşəmin ən yaxşı növlərindən istənilən rəng və çarlara rast gəlinir. Görkəmli mineroloq – alim A.Y.Fersman bu daş haqqında belə yazmışdır: “Mən öz rəng zənginliyinə görə yəşəm qədər fərqlənən ikinci bir mineralk növü tanımıram ; təmiz göy rəngdən başqa , yəşəmdə bütün rəng çalarları var və onlar birləşərək nağılvari mənzərə yaradır”
Çinlilər yəşəmi ilahiləşdirmişlər.Yəşəmlər qədim dənizlərin dibində, sualtı bazalt-liparit vulkanlatının yaxınlığında əmələ gəlmidir. Qərbi Avropa ölkələrində yəşəmdən bəzık daşı kimi XV-XVİ əsrlərdə istifadə etmişlər.Rusiyada I Pyotr dövründə filiz bilicilərini yəşəm arxasınca Urala, ya da Sibir göndərirdilərXVIII əsrdə Urala Orsk şəhəri yaxınlığında Polkovnik dağında müstəsna dərəcədə gözəl, ala-bəzək yəşəm daşları tapıldı.Bəzək əqiqlərinin ehtiyatı praktiki olaraq tükənməzdir.Bu , planetimizdə ən geniş yayılmış süxurlardandır. Rusdiyada , təkcə Uralda 250-dən çox yataq məlumdur.Burada onlar Qütb Uralından Qazaxıstana qədər eni 50 km zolaq şəklində uzanan ərazidə rast gəlir.
Əvvəllər olduğu kimi, indi də bu daşlardan bir çox ölkələrdə suvenirlər düzəldilir. Astroloqlar hesab edirlər ki, yəşəm insanlara gələcəyi görmək qabiliyyəti varir və uğur gətiri.Bu daş dolça, balıq və qoç bürcü altında doğulan insanlara kömək edir.
Yəşəmdə skeleti opaldan və ya əhəngdən olan dəniz heyvanlarının qalıqları rast gəlinir. Yəşəm vulkanik süxurlarla bir yerdə tapılır; qiymətli məmulatların hazırlanmasında və zərgərlikdə istifadə edilir.