YANMIŞ

Yanmaq”dan (1, 2, 3, 6, 7, 8 və 13-cü mənalarda) f.sif. Yanmış körpünün qalığı. Yanmış ev. Yanmış çörək (xörək). Yanmış lampalar. Susuzluqdan yanmış çöllər.
[Salamın] yanmış, yorğun və tük basmış üzünü sərin bir külək oxşadı. Mir Cəlal.

YANMAZ
YANPÖRTÜ
OBASTAN VİKİ
Yanmış körpülər
Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir. Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənmişdir. İllərin ötməsinə baxmayaraq Rüfət Afətlə xoşbəxt deyildir. Ən böyük səbəb isə onların uşağının olmamasıdır. Zərifə isə yeganə qızı Şəlaləylə (Ləman Mehdiyeva) bəsit həyat tərzi keçirir. Şəlalə ilə rastlaşan Rüfət ilk andan ona bağlanır və düşünür ki, Şəlalə məhz onun öz qızıdır. Zərifə bunu inkar etsə də Rüfətin Şəlaləyə bağlılığı gün keçdikcə artır. Və məhz bu vəziyyət Rüfətlə Zərifəni də yaxınlaşdırır. Afətin atası Səmədağa isə qeyri-qanuni işlərlə məşğuldur.
Yanmış körpülər (film, 2007)

Digər lüğətlərdə