YANIMAQ

f. dan. Hədələmək.
Bu tərəf o oğlanı yanıdı, düşmən oldular. A.Divanbəyoğlu.
Elə bil o, kimi isə yanıyırdı. M.Hüseyn.
[Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YANIMAQ yanımaq bax hədələmək
  • YANIMAQ hədələmək

Etimologiya

  • YANIMAQ Hədələmək kəlməsinin sinonimidir, yanmaq sözü ilə kökdaşdır. Yanımaq (qisas almaq) elə “yandırmaqla” hədələmək deməkdir
YANIMA
YANIMLIQ

Digər lüğətlərdə