Bob Anderson (yarışçı)
Bob Anderson (ing. Robert Hugh Fearon "Bob" Anderson; 19 may 1931, Hendon[d], Böyük London – 14 avqust 1967) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir.
Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963-67 illərdə Formula 1-də iştirak etdi.
1967- ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü.
== Bioqrafiya ==
Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı.
1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır.
Daha sonra Lotus komandasında yarışlara qatılır.