YARIZARAFAT

zərf Çox ciddi olmayaraq, qismən zarafatla (adətən “yarızarafat, yarıciddi” şəkildə). Yarızarafat demək.
– Mirzağanın yoldaşı yarıciddi, yarızarafat olaraq ona tövsiyə etmişdi… S.Hüseyn.
Qoşatxan yarızarafat, yarıciddiyyətlə: – Yox, aşna, bax bunu bağışlaya bilməyəcəyik [dedi]. M.İbrahimov.
Tahir yarıciddi, yarızarafat anasının qazancı ilə maraqlandı. M.Hüseyn.

Antonimlər (əks mənalı sözlər)

  • YARIZARAFAT YARIZARAFAT – YARICİDDİ Mustafa bu sözləri yarızarafat, yarıciddi dedi (G.Hüseynoğlu)
YARIYUMULU
YARIZARAFATYANA

Digər lüğətlərdə