YEDİRTMƏK

icb.
1. Yeməyə sövq və ya məcbur etmək; yedirmək.
2. Yemək vermək, yem vermək, dən vermək. Heyvanları yedirtmək. Quşları yedirtmək.
– Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdimsə, yenə də alaçıqdan çıxıb bir yana getdiyimi görüncə … boğuq səslə hürər, nəşəmi pozardı. A.Şaiq.

3. Canına çəkdirmək, bir şeyi az-az bir şeyin içində həll etdirmək. Yağı xəmirə yedirtmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEDİRTMƏK yedirtmək bax yedirmək
YEDİRTMƏ
YEDİZDİRİLMƏ

Digər lüğətlərdə