YERLƏŞMƏK

f.
1. Bir sahəni, bir yeri tutmaq, mövqe tutmaq.
Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdi. H.Sarabski.
Rüxsarənin gözləri qarşısında dəniz sahilində yerləşən qocaman şəhər canlanırdı. S.Rəhimov.
Güney yamaclarda yerləşən şəhər bu gün lap tez yuxudan qalxmışdı. Mir Cəlal.

2. Bir yerdə qərar tapmaq, sakin olmaq, oturmaq, müvəqqəti və ya həmişəlik bir yerdə yaşamaq. Nümayəndələr mehmanxanalarda yerləşiblər. Qərargah yeraltı qazmalarda yerləşdi. Səyyahlar bir çayın kənarında yerləşdilər.
3. Sığmaq. Bu qədər gilas bir səbətə yerləşməz. Mebel otağa zorla yerləşdi.
4. Səliqəyə, nizama düşmək, yerbəyer olmaq. Mallar qəfəsələrə yerləşdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YERLƏŞMƏK oturmaq — yaşamaq — sakinləşmək
  • YERLƏŞMƏK sığmaq
YERLƏŞMƏ
YERLİ

Digər lüğətlərdə