YERQAZAN


1. sif. Yer qazımaqla məşğul olan, torpaq işləri görən. Yerqazan fəhlə.
– Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış, özü isə bikef halda dayanıb … yerqazan yoldaşlarına baxırdı. Ə.Vəliyev.

// Yer qazıyan, torpaq qazıyan, torpaq çıxardan. Yerqazan maşın.
2. is. Yer qazımaqla məşğul olan işçi, torpaq işləri görən fəhlə. Yerqazanlar yer qazırdılar.
3. is. Yer qazımaq üçün lazım olan alət (külüng, bel və s.). Yerqazanla yer qazımaq.
YERKÖKÜ
YERLƏŞDİRİLMƏ
OBASTAN VİKİ
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə