1. bax yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. – Yetənə yetir, yetməyənə daş atır. ( Ata. sözü ).
Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. ( ).
2. Gəlmək, keçmək, çatmaq.
Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər.
// Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək.
Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı.
3. Çatmaq, kifayət etmək.
Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi.
4. Toxunmaq, rastlaşmaq, dəymək.
Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər.
5. Yetər şəklində – bəsdir, kifayətdir.
[Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm.
Yetər bu qədər danışdığımız. Artıq iş zamanıdır.