YORTMAQ

f.
1. Yort getmək, yerimək.
Atlar tərpənib bir qədər yortdular. S.Rəhimov.

2. məc. Ümumiyyətlə, yerimək, qaçmaq, boş-boş gəzmək.
O, yenə əvvəlki kimi orabura yortan, ixtisasının adı bulunmayan və qardaşının əlinə baxan Nəsir idi. S.Hüseyn.
[Budaq:] Şələmiz dalımızda yortmağa üz qoyduq. Ə.Vəliyev.
Rəhimli fısıldaya-fısıldaya təhkimçinin arxasında yorturdu. İ.Hüseynov.

3. məc. dan. Soxmaq, dürtmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YORTMAQ yerimək
  • YORTMAQ qaçmaq

Etimologiya

  • YORTMAQ Yırtmaq sözünün dəyişilmiş formasıdır (bağırmaq və böyürmək, çağır­maq, çığırmaq tipli sözlərin qəlibi üzrə əmələ gəlib)
YORTMA
YORUCU

Digər lüğətlərdə