YIXIQ

sif. Yıxılmış, uçulmuş, dağılmış, uçuq. Yıxıq ev. Yıxıq divar. Yıxıq dam.
– Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Dara bu yıxıq sovməədə keçi dərisinə bürünmüş qocaya baxaraq … soruşur. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIXIQ uçuq
YIXICILIQ
YIXIQLIQ

Digər lüğətlərdə