1. Silk, ictimai təbəqə, sinif. Ziyalı zümrəsi.
– Mirzə Səməd şəhər məktəbini qurtarıb iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşdu.
Bu qəzet [“Qamusul-əxbar”] nə bir siyasi firqənin, nə də bir elmi zümrənin malı idi.
Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan və pis münasibət bəsləyən Qəhrəmani belə bu qızı [Südabəni] xoşlayırdı.
2. köhn. Camaat mənasında.
3. köhn. Cins, növ, qrup. Heyvanlar zümrəsi.