ZƏİF

ZƏİF – GUR Qızcığazın zəif səsini eşitdim (M.Talıbov); Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi (C.Əmirov).

ZƏİF – TUTARLI Yetər məni eylədin təbliğ və sandın zəif (S.Rüstəm); Ancaq buna dair əlində hələ tutarlı sübut yox idi (C.Əmirov).

ZƏHMLİ
ZƏİFLƏMƏK
OBASTAN VİKİ
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Zəif dazı
Zəif dazıotu
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.
Zəiflətmə müharibəsi
Yorma müharibəsi (ərəb. حرب الاستنزاف‎ Romanizasiya: Hərb əl-İstinzaf; ivr. ‏מלחמת ההתשה‏‎ Romanizasiya: Milhemet haHataşah), 1967-1970-ci illər arasında Sinay yarımadasında İsrail ilə Misir və müttəfiqləri arasında meydana gələn hərbi toqquşmalardır. 1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra, Ərəb-İsrail qarşıdurmasının mərkəzində olan problemləri həll etmək üçün ciddi bir diplomatik səy göstərilmədi. 1967-ci ilin sentyabrında ərəb dövlətləri İsrail ilə sülh, tanınma və ya danışıqları qadağan edən “üç xeyr” siyasətini həyata keçirməyə başladılar. Misir Prezidenti Camal Əbdül Nasir, yalnız bir hərbi müdaxilənin İsraili və ya beynəlxalq birliyi İsraili Sinaydan çıxarmağa məcbur edəcəyinə inanırdı və iki ölkə arasındakı toqquşmalar qısa bir müddət ərzində Süveyş kanalı boyunca yenidən başladı. Toqquşmalar əvvəlcə qarşılıqlı artilleriya atəşləri və Sinaya kiçik miqyaslı hücumlar ilə məhdudlaşırdı. Ancaq 1969-cu ildə Misir Ordusu daha genişmiqyaslı əməliyyatlara hazırlaşmağa başladı. 8 mart 1969-cu ildə Nasir, Süveyş kanalı boyunca geniş çaplı bombardmanlar, genişmiqyaslı hava döyüşləri və komando hücumlarını özündə cəmləşdirən zəiflətmə müharibəsi elan etdi. Qarşıdurmalar 1970-ci ilin avqustuna qədər davam etdi və atəşkəslə başa çatdı.
Xroniki zəifləmə xəstəliyi
Bəzən zombi maral xəstəliyi adlanan xroniki zəifləmə və ya arıqlama xəstəliyi ( ing. chronic wasting disease (CWD) ), marallara aid ötürülən süngərvari ensefalopatiyadır. Bu, prion adlanan zülalların xüsusi sinfinin səbəb olduğu xəstəliklərdən hesab edilir və bunlara mal-qarada dəli dana xəstəliyi, insanlarda Kreutzfeldt-Yakob xəstəliyi kimi oxşar xəstəliklər daxildir. ABŞ-da CWD qatır maralı, ağ quyruqlu maral, nəcib maral, xallı maral, Kanada maralı, sığın və adi şimal maralına təsir edir. CWD-nin sincabaoxşar və geni dəyişdirilmiş siçanlar kimi digər növlərə eksperimental ötürülməsi qeyd edilmişdir. 1967-ci ildə CWD ilk dəfə ABŞ-ın Kolorado ştatının şimalındakı bir hökumət tədqiqat müəssisəsində qatır maralında müəyyən edildi. Əvvəlcə klinik "arıqlama" sindromu kimi tanındı və sonra 1978-ci ildə daha dəqiq bir xəstəlik olaraq təyin olundu. O vaxtdan bəri CWD ABŞ-ın 30 ştatında və Kanadanın dörd əyalətində sərbəst gəzən və təsərrüfatlarda olan heyvan populyasiyalarında aşkar edilmişdir. Bundan əlavə, CWD bir Minnesota nəcib maral fermasında, Norveçdə bir vəhşi şimal maralı sürüsündə (mart 2016) müəyyən edildi. Finlandiyada (Mart 2018) və İsveçdə (Mart və May 2019, Sentyabr 2020) sığınlarda bu hallar aşkar edilmişdir.
Xroniki zəifləmə xəstəliyi (CWD)
Bəzən zombi maral xəstəliyi adlanan xroniki zəifləmə və ya arıqlama xəstəliyi ( ing. chronic wasting disease (CWD) ), marallara aid ötürülən süngərvari ensefalopatiyadır. Bu, prion adlanan zülalların xüsusi sinfinin səbəb olduğu xəstəliklərdən hesab edilir və bunlara mal-qarada dəli dana xəstəliyi, insanlarda Kreutzfeldt-Yakob xəstəliyi kimi oxşar xəstəliklər daxildir. ABŞ-da CWD qatır maralı, ağ quyruqlu maral, nəcib maral, xallı maral, Kanada maralı, sığın və adi şimal maralına təsir edir. CWD-nin sincabaoxşar və geni dəyişdirilmiş siçanlar kimi digər növlərə eksperimental ötürülməsi qeyd edilmişdir. 1967-ci ildə CWD ilk dəfə ABŞ-ın Kolorado ştatının şimalındakı bir hökumət tədqiqat müəssisəsində qatır maralında müəyyən edildi. Əvvəlcə klinik "arıqlama" sindromu kimi tanındı və sonra 1978-ci ildə daha dəqiq bir xəstəlik olaraq təyin olundu. O vaxtdan bəri CWD ABŞ-ın 30 ştatında və Kanadanın dörd əyalətində sərbəst gəzən və təsərrüfatlarda olan heyvan populyasiyalarında aşkar edilmişdir. Bundan əlavə, CWD bir Minnesota nəcib maral fermasında, Norveçdə bir vəhşi şimal maralı sürüsündə (mart 2016) müəyyən edildi. Finlandiyada (Mart 2018) və İsveçdə (Mart və May 2019, Sentyabr 2020) sığınlarda bu hallar aşkar edilmişdir.

Digər lüğətlərdə