ZİRCAMƏ is. [ fars. ] köhn. Alt paltarı, tuman-köynək. Çamadanın içində … bir neçə top ağ köynək və zircamə və bir neçə dənə ağ dəsmal vardı. S.M.Qənizadə. Ağa Ələsgərağa zircamədə qılmanları başına toplayıb hoppan-hoppan oynayırdılar. Çəmənzəminli.