Zirzəmi (1990)
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.
Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.
Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.