ZİV

(Şərur)
buz üzərində sürüşmək üçün düzəldilən yer. – Bı dix’dirdə bir ziv qayrıplar kin
ZİRZƏLƏMƏX’
ZİVDİ
OBASTAN VİKİ
Yakob Ziv
Yakob Ziv (Jacob Ziv; 27 noyabr 1931, Tiberiya, İsrail şimal dairəsi – 25 mart 2023) — İsrailli elektrik mühəndisi. == Həyatı == Yakob Ziv 27 noyabr 1931-ci ildə Britaniyanın idarə etdiyi Fələstində Tiberias şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Yakob Ziv 1954-cü ildə Texnion-İsrail Texnologiya İnstitutunu və 1957-ci ildə elektrik mühendisliyini, 1962-ci ildə Massachusetts Texnologiya İnstitutu bitirmişdir. O, İbrahim Lempellə birlikdə LZ ailəsi kayıpsız məlumatların sıxılma alqoritmlərini inkişaf etdirmişdir. LZ77 sıxma alqoritminin müəlliflərindən biri, israilli kompüter üzrə alim Yakob Ziv 2008-ci ildə "BBVA Foundation Frontiers of Knowledge Awards" fondunun təsis etdiyi İnformasiya-Kommunikasiya Texnologiyaları Mükafatı ilə təltif edilmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
İmri Ziv
İmri Ziv (ivr. ‏אימרי זיו‏‎; d. 12 sentyabr 1991, Hod-ha-Şaron, İsrail) və ya sadəcə IMRI — İsrail müğənnisi. O, İsraili 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == İmri Ziv 12 sentyabr 1991-ci ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olmuşdur. O ibtidai təhsilini İlan Ramon adına orta məktəbdə almışdır. Hərbi xidmətdə ikən İmri İsrail Silahlı Qüvvələrinin Təhsil və Gənclik Korpusu Dəstəsinin orkestrində musiqi ilə məşğul olmuşdur. Ali təhsil olaraq o, Herzliya şəhərində yerləşən Daxili İntizam Mərkəzi kollecində kommunikasiya elmləri ixtisası üzrə təhsil almışdır. İmri ivrit, ingilis və ispan dillərində sərbəst danışa bilir. == Musiqi karyerası == === 2012-2016: Başlanğıc === 2012-ci ildə İmri Ziv İsrailin The Voice səs yarışmasında iştirak etmişdir.
Zivel
Zivel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zivel kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zivel kəndi Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel kürd dilində “zolaq, şirım” deməkdir.Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Allahverdinin yurdu, Çınqıllı bulağın yurdu, Şurtan yurdu, Ocaqdaşı yurdu, Pişikli yurdu, Tikanlı yurd, Səyalı dərəsinin yurdu, Əyriqar yurdu, Zülfonun əyrisinin yurdu, Xallı yurdu, Kəlölən yurd, Hacıgələn yurd, Bəcrəvuran yurdu, Çalma yerin yurdu, Gülmalı hasarının yurdu, Hacı Xanlar yurdu, Balıbiçən yurd, Molla Qənbərin yurdu, Qoruxçupayı yurdu, Arxaşanın yurdu, Oruclu yurdu, Ortadüz yurdu, Vışkanın yalı yurd, Atölən yurd, Sarının yurdu. == Bulaqlar == Səhəng bulaqları, Qara bulaq, Ağ bulaq, Xanalı bulağı, Çınqıllı bulaq, Kirişli bulaq, Hacıgələn bulaq, Koralı bulaq, Qurdlu bulaq, Mustafa bulağı, Dəyirmanların bulağı, Yarpızlı bulaq, Sərp bulaq, Qamışlı bulaq, Fotun bulağı.
Zivin müharibəsi
Zivin Müharibəsi — 26 iyun 1877-ci il tarixdə Rusiya imperiyası ilə Osmanlı İmperiyası arasında baş verən və Osmanlının qələbəsi ilə nəticələnən müharibədir. == Müharibə == Süngüdaşı, ya da köhnə adıyla Zivin, Qars vilayətinin Sarıqamış rayonuna bağlı Sarıqamışdan 39 km məsafədə, 65 hanelik bir kənddir. Bu kəndin şərqində sıldırım qayalar üzərində qurulmuş bir qala olan Zivin qalası və qalanın qurulduğu təpə var. 93 müharibəsində bu region Əhməd Muxtar Paşa tərəfindən ruslara qarşı əhəmiyyətli müdafiə məkanı olaraq görülür çünki Araz vadisi və Ərzuruma nazir yollar bu strateji əhəmiyyətə malik yerdən keçir. Osmanlı ordusu paytaxta yaxın Balkan cəbhəsində böyük Rus hücumları səbəbilə çətin vəziyyətdə olduğundan,ardı ardınca məğlubiyyətlər aldığından qüvvələrin və döyüşlərin çoxunu bu cəbhədə istifadə etməkdə idi bu səbəblə Qafqaz cəbhəsində Osmanlı əsgərlərinin kömək alması çox çətin olu. Osmanlılar bölgədəki yerli xalq və türk və kürd tayfa başçılarının verdiyi qüvvələrlə müdafiə olunmaq məcburiyyətindədydi. Bu bölgədə olan 1-ci diviziya əsgər Əhməd Muxtar Paşa tərəfindən zəruri olaraq sıxılmağa çalışılan Rusların Yerevan (İrəvan) sərnişinlər üçün ayrılmış qüvvələrinin komandanı Arshak Ter-Gukasov ilə mübarizə üçün çəkilmişdir, buna görə yalnız 12 batalyondan ibarət olan bir Osmanlı qoşunu qalanı müdafiə etmək üçün qalmışdır. Yenə bu ittifaqa 4 batalyon hərbdə ehtiyat olaraq ayrılmışdır. Birliyin bundan əlavə, az miqdarda süvari dəstəyi ilə 18 topu vardı bu qüvvələr cəmi 10 km-ə (6 milə) yaxın bir cəbhə xətti üçün kifayət edəcək durumda deyildi. Bununla birlikdə Osmanlı komandanlığı bu bölgənin strateji əhəmiyyəti səbəbindən təcavüzə məruz qalacağını təxmin etdiklərindən hər hansı bir hücum vəziyyətinə qarşı 2 ay boyunca səngər qazmış, istehkamlar qurmuş və təpə möhkəmləndirilmişdi.
Ziviyə
Ziviyə dəfinəsi — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. ‎Ziviyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Ziviyə (Qürvə)
Ziviyə (fars. زيويه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (67 ailə). Əhalisini kürdlər təşkil edir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Zivlan
Zivlan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Güman ki, Qarabağdan köçüb gələn və kəndin əsasını qoyan ailələr Kəlbəcər rayonunun Zivel kəndindən olmuşlar və yeni saldıqları kəndi də Zivlan adlandırmışlar. == Tarixi == Yerli məlumata görə, kəndi XVIII əsrin ortalarında Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zivlançayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Zivlan kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Zivlan kənd tibb məntəqəsi yerləşir.
Zivə
Zivə (Məlkari dehistanı)
Zivə (Bicar)
Zivə (fars. زيوه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (49 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zivə (Gavork-i Nalin dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (14 ailə).
Zivə (Məlkari dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (75 ailə).
Zivəcik (Salmas)
Zivəcik (fars. زيوه جيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,245 nəfər yaşayır (226 ailə).
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. == Həyatı == Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. == Yaradıcılığı == Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.
Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. == Həyatı və təhsili == Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. == Fəaliyyəti == Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
Zivər bəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) – ilk ali təhsilli azərbaycanlı memar. == Həyatı == Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Zivər bəy Əhmədbəyovun abidəsi
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir. == Tarixi == Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi. Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.. Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi.
Zivər bəy Əhmədbəyovun heykəli

Zivərbəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) – ilk ali təhsilli azərbaycanlı memar. == Həyatı == Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Zivin döyüşü