ZÖHD

is. [ ər. ] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işlənir).
Mey gətir, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadan tövbəkarəm, doğrusu. Kişvəri.
Vaqifa, səndə ki yoxdur, bilirəm, zöhdü riya. M.P.Vaqif.
[Vidadi:] Bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? Çəmənzəminli.

□ Zöhd əhli klas. – dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətdə keçirən adam.
Bağlamış zöhd əhlinə qapusunu meyxanənin; Hörməti lazım gərək, hərçənd kafirdir qonaq. Qövsi.
Ayağın bassa saqi başim üzrə canə minnətdir; Neçin zöhd əhlindən bir dərdməndə xeyrü şər gəlməz. Q.Zakir.

ZORSUZ
ZÖHR

Digər lüğətlərdə