ZƏRİ

qızıla aid olan, zərə məxsus olan; Günəşə mənsub olan.
ZƏRXATUN
ZƏRİDƏ
OBASTAN VİKİ
Toral və Zəri (1979)
Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq büruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi... Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir. Multiplikasiya filmi yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Film Rüstəm Babaxanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Rüstəm Babaxanov Ssenarinin müəllifi: Həsən Seyidbəyli Rejissor: Əsgər Məmmədov Rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Cizgi rəssamları: Bəhmən Əliyev, Vahid Talıbov, Rauf Dadaşov, Arifə Hatəmi, Vaqif Məmmədov, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov Rejissor assistenti: Sima Qurbanova (S.Qurbanova kimi) (mövqe göstərilməyib) Assistentlər: T.Hüseynov, Ziya Xəqani (Ziya Xaqani kimi) Montaj edən: Nailə Dadaşova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Əliyev Fazaçı rəssam: Firəngiz Quliyeva (titrlərdə yoxdur) Mətni oxuyan: Şahmar Ələkbərov (titrlərdə yoxdur) Yusif Vəliyev — tayfa üzvü (titrlərdə yoxdur) Sadıq Hüseynov — tayfa başçısı (titrlərdə yoxdur) Rasim Balayev — Toral (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Toral və Zəri (film, 1979)
Filmdə min il bundan əvvəl olmuş hadisələr, Qobustanda məskunlaşmış ən qədim tayfalar haqqında danışılır. Vaxtilə burada hər şey birmənalı olmuşdur: qəzəb də, məhəbbət də, səmimilik də. Sadəlövhlük, hisslərin açıq büruzə verilməsi amansızlıqla qaynayıb, qarışmışdı. İnsan qəlbinin mürəkkəbliyi və onun dərinliklərində gedən təlatümlər qorxu və düşmənçilik hisslərini qüvvətləndirdi... Müəlliflər göstərmək istəmişlər ki, həyatda hər şey məhv olsa da sənət yaşayır, əbədi olaraq insanlara sevinc və ilham bəxş edir. Multiplikasiya filmi yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Film Rüstəm Babaxanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Əsərin müəllifi: Rüstəm Babaxanov Ssenarinin müəllifi: Həsən Seyidbəyli Rejissor: Əsgər Məmmədov Rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Cizgi rəssamları: Bəhmən Əliyev, Vahid Talıbov, Rauf Dadaşov, Arifə Hatəmi, Vaqif Məmmədov, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov Rejissor assistenti: Sima Qurbanova (S.Qurbanova kimi) (mövqe göstərilməyib) Assistentlər: T.Hüseynov, Ziya Xəqani (Ziya Xaqani kimi) Montaj edən: Nailə Dadaşova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Əliyev Fazaçı rəssam: Firəngiz Quliyeva (titrlərdə yoxdur) Mətni oxuyan: Şahmar Ələkbərov (titrlərdə yoxdur) Yusif Vəliyev — tayfa üzvü (titrlərdə yoxdur) Sadıq Hüseynov — tayfa başçısı (titrlərdə yoxdur) Rasim Balayev — Toral (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Akademik Zərifə Əliyeva (film)
Akademik Zərifə Əliyeva sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film oftalmoloq alim, akademik Zərifə Əliyeva haqqndadır. == Məzmun == Film oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M. Ə. Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S. İ. Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N. M. Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N. M. Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998–2005-ci illərdə institutun direktoru vəzifəsini K. T. Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z. Ə. Əliyevanın adı verilmişdir.
Kinomuzda zərif izlər (film, 2019)
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. O, Azərbaycan dilli ədəbiyyatının ilkin inkişaf dövrünün nümayəndələrindən biridir. Mustafa Zərir Suli Fəqih kimi Anadolu ədəbi məktəbinin nümayəndəsidir. M. Zərir sadəcə şair kimi yox, həm də tərcüməçi olaraq da xidmət göstərmişdir. Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onat və başqa türk alimləri müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər. Şairin Sirətün-Nəbi adlı əsəri türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir "və "Siyər kitabı" adları ilə də tanınır. Mustafa Zəririn həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Zəririn həyatı ilə bağlı bilinən faktlar onun öz əsərlərində verdiyi məlumatlar ilə məhdudlaşır. Şair özünün ərəb dilindən tərcümə etdiyi məşhur "Sirətün-Nəbi" adlı mövludnaməyə yazdığı müqəddimədə həyat və şəxsiyyətinə dair bəzi faktlar vermişdir.
Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif Xunsari (fars. محمدجواد ظریف‎; 7 yanvar 1960, Tehran, İran) — İran siyasətçisi, diplomatı, akademiki və dövlət xadimi. İran İslam Respublikasının xarici işlər naziri (15 avqust 2013 – 25 avqust 2021). O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləmişdir. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi. Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik etmişdir. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarmışdır. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulmuşdur. Zərif bir neçə daxili və beynəlxalq vəzifələrdə də çalışmışdır – xarici işlər nazirinin baş məsləhətçisi, xarici işlər nazirinin qanuni və beynəlxalq işlərdə müavini, BMT-nin Sivilizasiyalar Arasında Dialoq üzrə görkəmli şəxslər qrupunun üzvü, Nyu-York şəhərindəki BMT-nin Silahsızlaşdırma Komissiyasının başçısı, BMT-nin ümumdünya idarəetmə üzrə görkəmli şəxslər qrupunun üzvü və Azad İslam Universitetinin beynəlxalq işlər üzrə vitze-prezidenti.
Zəriabad (Germi)
Zəriabad (fars. زارع اباد‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (24 ailə).
Zərif ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Zərif lemurlar
Lepilemur (lat. Lepilemur) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin lepilemurlar fəsiləsinə aid heyvan cinsi.
Zərif meşənovruzu
Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir.
Zərif çayırçiçəyi
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zərif üzvi sintez
Zərif üzvi sintez – çoxmərhələli reaksiyalar sxemi üzrə az miqdarda reaktivlərlə mürəkkəb quruluşa malik birləşmələrin sintez üsuludur. Onların arasında bir sıra fərqlərin olduğunu aşkara çıxarır.. Əsas üzvi sintezin məhsullarından fərqli olaraq zərif üzvi sintezin məhsulları çox diqqətlə təmizlənməlidirlər. Zərif üzvi sintezin istehsallarının həcmi əsas üzvi sintezinki ilə müqayisədə çox da böyük olmur. Zərif üzvi sintezin məhsulları öz çeşidinə görə çoxsaylı və rəngarəngdir, məhsulların dəyəri isə nisbətən yükskdir. Adətən bu sənaye sahəsini “Kiçik tonnajlı kimya” adlandırırlar. Zərif üzvi sintez üsulu ilə ilk dəfə sintetik üzvi birləşmələr toxuculuq sənayesində tətbiq olunmuşdur. XIX əsrin axırlarında ilk sintetik dərman preparatı (E.Fişer) və sintetik boyaq maddəsi (U.Perkin) alındı və kimya-əczaçılıq sənayesi yarandı. XX əsrin ortalarındatəbii maddələrin nümayəndələri (vitaminlər, antibiotiklər) sintez olundu və tətbiq sahəsi tapdı. Sonralar zülallar, nuklein turşuları, lipidlər, karbohidratların ayrı-ayrı nümayəndələri və fraqmentləri sintez olundu.
Zərifcə
Zərifcə (lat. Helianthemum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə bu bitkinin aşağıdakı növlərindən istifadı olnur: Ayşəkilli zərifcə (H. lunulatum) hündürlüyü 9 sm olan, çiçəkləri qızılı-sarı rəngli bitkidir. Pulşəkilli zərifcə (H. nummularium) hündürlüyü 15 sm, çiçəkləri sarı rəngdən tünd-qırmızı rəngədək yarımkoldur. Alp zərifcəsi (H. alpestre) hündürlüyü 10 sm-ə çatan, sarı rəngli, kasaşəkilli çiçəkləri olan bitkidir. Zərifcəni hətta çiçək açan vəziyyətdə də başqa yerə köçürmək olar. Zərifcə əhəngli, qumlu torpaqlarda yaxşı bitir. Yaxşı olar ki, əkindən əvvəl torpaq qum ilə qarışdırılsın. Bitki qayalıq olan bağ sahələrinin tərtibatı üçün yararlıdır.
Zəriflik sözləri (film)
Zəriflik sözləri (ing. Terms of Endearment) — kinorejissor Ceyms L. Bruksun Larri Mak Mörtinin eyniadlı romanı əsasında ssenari yazdığı, çəkdiyi və prodüserliyini etdiyi 1983-cü il melodram filmidir. Film otuz il ərzində ana Avrora Qrinuey və qızı Emma arasında münasibətlərindən bəhs edir. Filmin əsas hissəsi incə və sarkastik yumorla zəngin olub, üslubuna görə komediyanı xatırladır. Lakin filmin sonu kifayət qədər dramatikdir. Bu film bütün həyatını qızına həsr etmiş yaşlı qadının aşiq olmağa özünə icazə verməsi barədə hekayədir.. Film 11 nominasiyada Oskara namizəd göstərilmiş və ən yaxşı film nominasiyası da daxil olmaqla 5 nominasiyada qalib olmuşdur. Film Lerri Makmertinin romanının təmiz ekranlaşdırılmış variantı deyil beləki Cek Nikolsonun personajı filmin ssenari müəllifi və rejissoru Ceyms Bruks tərəfindən xüsusi olaraq əlavə edilmişdir. İkinci rol oynamasına baxmayaraq Nikolson düşünmədən filmdə rol almağa razılıq vermişdir. O, filmdə ən çox komik epizodlarda çəkilməkdən zövq almışdır..
Zəriflik sözləri (film, 1983)
Zəriflik sözləri (ing. Terms of Endearment) — kinorejissor Ceyms L. Bruksun Larri Mak Mörtinin eyniadlı romanı əsasında ssenari yazdığı, çəkdiyi və prodüserliyini etdiyi 1983-cü il melodram filmidir. Film otuz il ərzində ana Avrora Qrinuey və qızı Emma arasında münasibətlərindən bəhs edir. Filmin əsas hissəsi incə və sarkastik yumorla zəngin olub, üslubuna görə komediyanı xatırladır. Lakin filmin sonu kifayət qədər dramatikdir. Bu film bütün həyatını qızına həsr etmiş yaşlı qadının aşiq olmağa özünə icazə verməsi barədə hekayədir.. Film 11 nominasiyada Oskara namizəd göstərilmiş və ən yaxşı film nominasiyası da daxil olmaqla 5 nominasiyada qalib olmuşdur. Film Lerri Makmertinin romanının təmiz ekranlaşdırılmış variantı deyil beləki Cek Nikolsonun personajı filmin ssenari müəllifi və rejissoru Ceyms Bruks tərəfindən xüsusi olaraq əlavə edilmişdir. İkinci rol oynamasına baxmayaraq Nikolson düşünmədən filmdə rol almağa razılıq vermişdir. O, filmdə ən çox komik epizodlarda çəkilməkdən zövq almışdır..
Zərifliklə sizin (film, 1941)
"Zərifliklə sizin" (ing. Affectionately Yours) — 1941-ci ildə istehsal olunan rejissor Lloyd Beykonun komediya melodramı. Evli müxbirin işi onu bütün dünyanı səyahət etməyə məcbur edir, bu da ona yerli qadınlara rast gəlməyə imkan yaradır. Amma Lissabonda növbəti intriqa zamanı o, xəbəri alır ki, onun arvadı başqa kişini tapıb və ondan ayrılmaq istəyir. Nikahını xilas etmək üçün o, təlaşlı halda ABŞ-yə geri yönəlir, amma Lisabonlu qız vəziyyətdən istifadə etməyə qərar verib müxbirin ardınca gedir.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib. Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib.
Zərifə Cəbrayılova
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Zərif kəkilli susüpürən
Zərif kəkilli susüpürən (lat. Thalasseus elegans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Zərifə Əliyeva (gəmi-bərə)
Zərifə Əliyeva – 2022-ci ildə istismara verilmiş və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan Ro-Pax tipli gəmi-bərə. Gəmi alim və həkim Zərifə Əliyevanın şərəfinə adlandırılmışdır. Gəmi-bərə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunmuşdur. Tikilib istismara verilməsi 3 ilə başa gəlmişdir. Gəmi-bərə 28 aprel 2022-ci ildə istismara verilmişdir. İstismara verilmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. İlk səfəri 5 may 2022-ci ildə Qazaxıstanın Kurık limanına olmuşdur. Gəmi istismarda olduğu ilk il ərzində 163 səfər həyata keçirmiş, 148 vaqon, 1061 ədəd minik avtomobili, 5595 ədəd yük avtomobili/TIR, 5616 nəfər sərnişin daşımışdır. Səfərlər Aktau-Ələt, Ələt-Aktau, Türkmənbaşı-Ələt, Ələt-Türkmənbaşı, Kurık-Ələt, Ələt-Kurık istiqamətləri üzrə həyata keçirilmişdir. Almaniya prezidenti Frank-Valter Ştaynmayer 2023-cü ilin iyununda gəmini ziyarət etmişdir.
Zərifə Qafari
Zərifə Qafari(Pashto: ظریفه غفاري; 1992, Kabil) — Əfqanıstan siyasi fəalı, hüquq müdafiəçisi. Əfqanıstanın Vardak vilayətinin paytaxtı Maydan Şəhr şəhərinin keçmiş qadın meridir. Qafari Əfqanıstanın ilk bələdiyyə başçıları Azra Cəfəri və Xədicə Zəhra Əhmədidən sonra azsaylı əfqan qadın bələdiyyə başçılarından biri idi və eyni zamanda 24 yaşında bu vəzifəyə təyin edilmiş ən gənc qadın bələdiyyə sədri idi. O, Əfqanıstanda qadın hüquqlarını təşviq etmək səyləri ilə tanınır. Qafari ABŞ dövlət katibi tərəfindən 2020-ci ilin Beynəlxalq Cəsarətli Qadını seçildi. O, üç sui-qəsd cəhdindən sağ çıxıb. Zərifə Qafari 1994-cü ildə Kabildə anadan olub. O, Əfqan Ordusunun polkovniki və Xüsusi Əməliyyatlar Korpusunun komandiri Əbdül Vasi Qafarinin səkkiz uşağından biri idi. Onun təhsil almasına icazə verilməsə də, gizlincə məktəbdə oxuyub. Təhsili 2001-ci ildə qanuniləşdirilib.