1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. Uzunluq ölçüsü. Həcm ölçüsü.
2. məc. Bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün əsas götürülən şey.
3. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, həcmi, dərəcəsi.
// Hüdud, hədd, sərhəd, çərçivə.
4. Ölçmə işi; ölçmə. Sahədə ölçü işləri aparılır.
5. bax vəzn 2-ci mənada. Şerin ölçüsü.
6. məc. dan. Əhatə dairəsi, görüş dairəsi.
◊ Ölçü götürmək – tədbir görmək.
Ölçüyə gəlməmək – çox böyük, həddən artıq yekə, ölçülə bilməyən şey haqqında.