ÇOQ

Çox. (“Kitabi-Dədə Qorqud” leksikası)

ÇOXMAQ
ÇOQRAMAQ
OBASTAN VİKİ
Çoqa Maran
Çoqa Maran- İranda, Mahidaşt vadisində yerləşən Eneolit dövrünə aid arxeoloji abidə. Bu yaşayış yeri Böyük Xorasan Yolunun yaxınlığında yerləşir və bu Mesopotamiya düzənliyini Zaqrosun mərkəz bölgələrinə (Luristan) birləşdirən yeganə yaxşı şərq-qərb yoludur.
Çoqlu-i Süfla (Xudabəndə)
Çoqlu-i Süfla (fars. چقلوي سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (48 ailə).
Çoqlu-i Ülya (Xudabəndə)
Çoqlu-i Ülya (fars. چقلوي عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (24 ailə).
Çoqori
Çoqori, (və ya K2, Dapsanq, Qoduin-Osten) urdu کے ٹو,hind. के२) (8611 m — hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsi. Türk dünyasını ən hündür dağ zirvəsi. Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşmişdir. Qaraqorum dağ sistemimə aid edilir. Çoqori dağı 1856-cı ildə avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdi. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Zirvələr, K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır. O zaman K2 zirvəsinin adı avropalılara məlum deyildi.
Çoqunxebani-nal
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.