SÜZÜLMEK
ŞAFAK
OBASTAN VİKİ
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Şad astrakanta
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Abbasqulu ağa Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 26 fevral 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.. İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur.
Abbasqulu bəy Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 26 fevral 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.. İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur.
Hüseyn xan Şadlinski
Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski — Çar ordusunun əsgəri. == Həyatı == Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb. == Mənbə == Mehparə Sultanova, Şadlinskilər, Mədəniyyət.- 2010.- 28 may.- S. 9. Ələkbərli, Əziz, Abbasquli bəy Şadlinski, Bakı, "Sabah", 1996. Əsgər Zeynalov, İrəvan ziyalıları,Bakı, 1999.səh.
Məzrayə-i Şadi (Vərziqan)
Məzrayə-i Şadi (fars. مزرعه شادي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (110 ailə).
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı. Atasından sonra elbəyi təyin edilmişdi. Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi. Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu. Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi.
Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı, Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı. Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi. 1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.
Şadiyə Sultan
Şadiyə Sultan (30 noyabr 1886, Konstantinopol – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi. 31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi. Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı.
Şadlinskilər
Şadlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər. Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir.
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Şadlı eli
Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli türk, bəziləri isə kürd əsilli sayırlar. Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır: "Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə nəsil ərzində (onlar barədə) məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar" Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir.
Şadlı tayfası
Şadılı və ya Şadlı — Xorasan ərazisindəki Oğuz Türkman tayfalarından biri. Şadılı Xorasanın ən böyük iki tayfasından biridir. 1960-cı illərdə bu tayfanın üzvlərinin sayı 200 mindən çox idi. Tayfa Səfəvi şahı Böyük Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülmüşdür.
Şadlıq
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şadman Hüseyn
Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu – 5 avqust 2003, Bakı) — Azərbaycan Milli Məclisinin I çağırışı və II çağırışı deputatı. 1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. Evli olmuşdur, 3 övladı var. 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.
Şadman Hüseynov
Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu – 5 avqust 2003, Bakı) — Azərbaycan Milli Məclisinin I çağırışı və II çağırışı deputatı. 1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. Evli olmuşdur, 3 övladı var. 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.
Şadmehr
Şadmehr — İranın Rəzəvi Xorasan ostanının Məhvilat şəhristanının Şadmehr bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,369 nəfər və 848 ailədən ibarət idi.
Şadrinsk
Şadrinsk — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Şaduf
Şaduf - yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq - dəri vedrə bərkidərmişlər.
Şadxurey gölü
Şadxurey gölü (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Zolski rayonunda yerləşən karst mənşəlli göl. Şadruxey (kab.-çərk. Шэдхъурей) tərcümədə "dairəvi duran su". Toponim kabarda-çərkəz dilində işlənən şed (duran su, axmaz) və xurey (dairəvi). Orijinal adın ruscaya çətin trnskripsiya olunması səbəbindən hazlrda ədəbiyyatda və xəritələrdə gölün adı bu formalarda yazılır — Şanxore, Şantxurey, Şatxurey, Şedxurey və Çan xurey. Şadxurey gölü iki hissədən ibarətdir: Birinci Şadxurey (Həmcinin böyük və ya Yuxarı Şadxurey) İkinci Şadxurey (həmcinin Kiçik və ya Aşağı Şadxurey) Əvvəllər göllərin sayı üç olmuşdur. XX əsrin əvvəllərində bilinməyən yeraltı proseslərdən göl yoxa çıxmağa başlamışdıe. Onun yerində isə böyük bir dərə qalmışdır. Hazırda Quru Şadxureyin yaxınlığında zibillik meydana gəlmişdir.
Şadıbəy xan
Şadıbəy xan — Timur Qutluq xanın qardaşı idi. Edigey tərəfindən taxta gətirilmişdi. Edigey Toxtamışı öldürməyə gedəndə hakimiyyəti əlinə aldı, lakin Edigey qayıdaraq onu taxtdan saldı. Şadıbəy xan, Şirvanşah İbrahimdən kömək istəmək üçün Dərbəndə sığındı və ömrünün axırınacan özünü əsl hökmdar saydı.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şadıvəng məbədi
Şadıvəng məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Həsənkənd (03.01.1935-ci ildən — Şatin) kəndindən 4 km şərqdə yerləşən alban-türk xristian abidəsidir. Məbədin tikilmə tarixi X əsrə aid edilir. Buradakı tikililər isə, əsasən XIII–XIV və XVII–XVIII əsrlərin yadigarıdır. 1671–1677-ci illərdə məbəd yenidən qurulmuşdur. Həsənkənd kəndi qədimdən Türk-Oğuz tayfalarının yurdu olmuş, bura 1828–1829-cu illərdə İrandan ermənilər (17 ailədə 92 nəfər) köçürülüb gətirilmişlər.
Şadlı (dəqiqləşdirmə)
Aşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. digər Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şadmehr Akili
Şadmehr Akili və ya Şadmehr Ağili (fars. شادمهر عقیلی‎; 27 yanvar 1973, Tehran) — İranlı musiqiçi, televiziya aparıcısı və müğənnidir. Tehran konservatoriyasında təhsilini başa vurmuş Şadmehr Akili bir müddət İRİB televiziyasında veriliş aparmışdır. İran İslam İnqilabından sonra İranda yetişmiş müasir pop musiqi sənətçilərindən biri hesab olunan Şadmehr Akili 1997-ci ildə ilk solo albomu olan "Bahar-e Man" adlı albomunu buraxmış, 1998-ci ildə isə Mosafer adlı ikinci albomunu buraxmışdır. 1999-cu ildə isə Şadmehr Akili üçüncü albomu olan Dehati adlı albomunu buraxmışdır. Dehati albomu İranda İslam İnqilabından sonra fars dilində çıxan birinci pop musiqisinə aid olan albom hesab olunur. 2001-ci ildə isə dördüncü albomu olan Par-e Parvazı çıxardan Akili, 2003-cü ildə AVANG və NAVAMEDIA ilə müqavilə imzalayaraq Kanadaya köçmüşdür. Şadmehr Akili hal-hazırda Kanadada yaşayır və karyerasını burada davam etdirir.

Digər lüğətlərdə