ŞƏRMƏNDƏ

sif. [ ər. ] klas. Utanan, utancaq.
// Xəcalətli, üzüqara.
Deyirlər ki, sabah gələcək yarım; Şərməndəyəm, artıb dərdü qubarım. Q.Zakir.
[Güllü:] Allah gətirib, salıb məni bu odun-alovun içinə.
Qohumdan şərməndə, dostdan, aşnadan şərməndə. Ə.Haqverdiyev.

□ Şərməndə etmək (qılmaq) – utandırmaq, xəcalət çəkdirmək.
Bağda gülü şərməndə qılar qönçə dodağım; Süzgün baxışım, qarə gözüm, alma yanağım. M.S.Ordubadi.

Şərməndə olmaq – utanmaq, xəcalət çəkmək, xəcalətli olmaq.
[Molla İbrahim Xəlil:] Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. M.F.Axundzadə.
Tellərin dönüb kəməndə; Gözəllər olub şərməndə; Qara saçın dal gərdəndə; Hör, başına dolandığım. Aşıq Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏRMƏNDƏ şərməndə bax 1. xəcalətli; 2. utancaq
ŞƏRM
ŞƏRMƏNDƏLİK

Digər lüğətlərdə