ƏFSUS

nida [ fars. ] Heyif, təəssüf.
Yox səndə nişani-namü namus; Əfsus ki arsızsan, əfsus! Füzuli.
Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir.
[2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfsus! Hər sevincə qarşı kədərli, məyus! H.Cavid.

□ Əfsus etmək (eləmək) – təəssüflənmək, təəssüf etmək, heyifsilənmək.
Oldular ol şikardan məyus; Etdilər çox təəssüfü əfsus. S.Ə.Şirvani.
Əmioğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik… C.Məmmədquluzadə.
Oğlanların məktəbdən çıxarılmalarına çox əfsus edirəm. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏFSUS ƏFSUS(Kİ) Əfsus qocaldım, ağacım düşdü elimdən (M.Ə.Sabir); HEYİF(Kİ) [Yolçu:] Ancaq heyif ki, kim olduğunu bilmirəm (S
  • ƏFSUS heyf — təəssüf

Etimologiya

  • ƏFSUS Ərəbcə təəssüf sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏFSUNLU
ƏFŞAN

Digər lüğətlərdə

нахра́мывать пиано́ла припа́дочный шлихтова́льный благогове́ть взапра́вду заго́нщик магни́тный обя́зываться пола́ять символи́чность удочере́ние Blackburn gastro- Greekless Guinevere laker never peg up prudence tinman unpractical wakey занозить промёрзнуть