1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi.
– [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi.
// Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.
2. Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər.
3. Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et.
– [Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir.