1. is. Bir mətni və ya sözü eyni ilə təkrar edilə biləcək şəkildə yadda, hafizədə saxlama.
□ Əzbər etmək (eləmək) – bax əzbərləmək.
[Ruqiyyə xanım] bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. “ ”.
Ertə durarsan səhər; Dərsi edərsən əzbər.
2. bax əzbərdən. Əzbər bilmək. Əzbər oxumaq.
– Sona yenə taxta yığışıb Bahadırın kağızını əzbər oxuyurdu.
◊ Dillərdə əzbər olmaq, dillər əzbəri olmaq – bax dil1.