Azərbaycan Milli Məclisinin III çağırış deputatları
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçkilər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi.
III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi.
Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.
== Milli Məclisdə təmsil olunan partiyalar ==
== Milli Məclisin III çağırış deputatları ==
== Qeydlər ==
== Mənbə ==
=== İstinadlar ===
=== Ədəbiyyat ===
Səfa Mirzəyev. Azərbaycan Respublikasının Milli Məclisi: üçüncü çağırış. Bakı: Azərbaycan Respublikası Milli Məclisinin nəşri. 2009.