ÖC

is. İntiqam.
[Tərxan:] Qaynayır qəlbimin içində öcüm; Bilirəm, çatmaz o nəhəngə gücüm. A.Şaiq.

□ Öc almaq – intiqam almaq.
…Yenə Kəpəzin ağsaçlı məğrur başı vüqarla ucalır, sanki işıq qaranlıqdan öc alırdı. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖC qisas — intiqam
  • ÖC öc bax intiqam
Ö
ÖCƏŞKƏN
OBASTAN VİKİ
Abdullah Öcalan
Abdullah Öcalan və ya qısa adı ilə Apo (4 aprel 1949, Ömərli[d], Mardin ili) — PKK qurucusu və lideri. 1999-cu ildə həbs olunmuş və İmralı həbsxanasında ömürlük məhkum edilmişdir. == Həyatı == Abdulla Öcalan 4 aprel 1949-cu ildə Türkiyənin Şanlıurfa vilayətinin Halfeti mahalının Ömərli kəndində anadan olmuşdur. Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir. Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır. Gencliğinde çox muhafazakar bir Müslümandı ve Nəcib Fazil Qısakürəki sevdi.27 noyabr 1978-ci ildə Diyarbəkirin Licə mahalının Fis kəndində Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucuları arasında yer almışdır. Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s. ölkələr tərəfindən terrorist partiya kimi tanınır.
Osman Öcalan
Osman Öcalan (1958, Ömərli[d], Şanlıurfa ili – 15 noyabr 2021, Ərbil) — Türk-Kürd PKK üzvü. Öcalan 15 noyabr 2021-ci ildə Kürdüstan bölgəsinin Ərbil şəhərində 63 yaşında COVID-19-dan vəfat edib.
Öcəşmə
Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər. . Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır.
Ömər Öcalan
Ömər Öcalan (1987, Ömərli[d], Şanlıurfa ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. Ömər Öcalan 1987-ci ildə Şanlıurfa ilinin Halfeti ilçəsində anadan olub. Ankara Universiteti Ünsiyyət Bölməsindən məzun olub. DBP, HDP və DEM üzvü olub. 2014-2016-cı illərdə Bölgələr Partiyası (BDP) Mardin il şöbəsinin həmsədri olub. 2018 və 2023-cü illərdə Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci və 28-ci çağırışlarda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın qardaşı oğludur.
Abdullah Öcalanın milliyətçiliyi
Abdullah Öcalanın milliyətçiliyi — Abdullah Öcalanın milliyətçiliklə bağlı fikirləri. O, əvvəlcə kürd milliyətçisi olsa da, sonda ondan uzaqlaşmışdır. == Tarixi == Öcalan 1978-ci ildə PKK-nı təsis edən zaman onun orijinal ideologiyası marksizm–leninizmlə qarışmış kürd milliyətçiliyi idi. Öcalan 1999-cu ildə həbs olunduğu zaman milli dövlət, eləcə də dövlət sosializmi ideyasından imtina etmişdir. Öcalan milliyətçiliyə qarşı çıxan anarxist, libertarian sosialist, bələdiyyəçi və envayromentalist ideoloq Mürrey Bukçinin təlimlərindən çox ilham almışdır. Həbsindən sonra Öcalan demokratik konfederalizm ideologiyasını yaratmışdır. Bu, libertarian sosializmin kürd dövləti deyil, muxtar, demokratik və mərkəzləşdirilməmiş bir cəmiyyət yaratmağı hədəfləyən bir forması idi. O, demokratik konfederalizmin təkcə kürdlər üçün olmadığını, həm də Yaxın Şərqdə və dünyada avtoritarizm, sistematik təzyiq, etnik münaqişələr və ya dini zorakılıqdan qaynaqlanan bütün problemlərin həlli olduğunu iddia etmişdir. Demokratik konfederalizm etnik, dini, mədəni və siyasi multikulturalizmi müdafiə edir. Öcalan ideologiyanı milli dövlətlər və onlarda yaşayan azlıqlardan yaranan separatçı qarşıdurmalara alternativ olaraq yaratmışdır.

Digər lüğətlərdə