[Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən.
[Zeynəbin] kişilərə qarşı olan nifrəti azalır, qəlbində mərhəmət və şəfqət hissi oyanırdı.
// Ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət. Ana şəfqəti.
– Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil.
◊ Şəfqət bacısı – xəstəxanalarda: orta tibb təhsili olan tibb işçisi (qadın-qız).
Şəfqət bacısı özünü saxlaya bilməyib ağlamağa başladı.
Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı.