ŞƏHƏVAT
ŞƏHİD
OBASTAN VİKİ
Dostəli Mirəliyev (şəhid)
Elman Həsənov (şəhid)
Elman Məmmədov (şəhid)
Elman Bəhmən oğlu Məmmədov (17 avqust 1991; Borsunlu, Tərtər, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elman Məmmədov 17 avqust 1991-ci il tarixində Tərtər rayonu Borsunlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elman Məmmədov Füzulinin azad edilməsində savaşıb. Elman Məmmədov Elşad oğlu 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tərtərdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elman Qasımov (şəhid)
Elman Qasımov (tam adı: Elman Yunis oğlu Qasımov; 8 noyabr 1999, Hacıqabul rayonu – 9 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuştur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-ci ildə isə, həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında, Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan, idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə, kolleci bitirmişdir. Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xitmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Elman İkinci Qarabağ müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir.
Elmar Hüseynov (Şəhid)
Elmar Məmmədov (şəhid)
Elmar Saleh oğlu Məmmədov (18 avqust 1999'cu ildə Gəncə şəhərində anadan olmuşdur.2006-2017 ci illərdə Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 9 noyabr 2020 ci ildə; Xocavənd,istiqamətində Şəhid olmuşdur.Şəhidimizin nəəşi 11 gün neytral zonadan çıxarıla bilmədiyi üçün,21 noyabr 2020 ci ildə Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Məmmədov 18 avqust 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur. 2017-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Hadrutun azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 21 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Məmmədov (şəhid)
Elmir Məmmədov (tam adı: Elmir Arzu oğlu Məmmədov; 3 iyun 1999, Xocalı, Salyan rayonu – 27 sentyabr 2020, Daşkəsən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004–2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.
Elməddin Məmmədli (şəhid)
Elməddin Anar oğlu Məmmədli (10 avqust 2000, Velədi, Lənkəran rayonu – 3 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elməddin Məmmədli 2000-ci il avqust ayının 10-da Lənkəran rayonu Velədi kəndində dünyaya göz açıb. Ailədə 3 qardaş, 1 bacı olublar… 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Məmmədli Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. 24 oktyabr 2020-ci ildə Lənkəranda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elnur Abdullayev (şəhid)
Elnur Təvəkkül oğlu Abdullayev (10 iyul 1983, Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Məxe əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Abdullayev 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. əslən Qubadlı rayonu Yuxarı Mollu kəndindən idilər. 2001–2003-cü illərdə müddətli xidmət çəkib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elnur Abdullayev Füzuli və Hadrutun azad edilməsində savaşıb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Allahverdiyev (şəhid)
Elnur Hüseynov (şəhid)
Elnur Əhliman oğlu Hüseynov (16 aprel 1990; Kəbirli, Tərtər, Azərbaycan — 11 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Hüseynov 1990-cı ildə Tərtər rayonunda doğulub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elnur Hüseynov Ağdərə döyüşlərində savaşıb. 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. Noyabr ayının 14-də Tərtər'də torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Məmmədov (şəhid)
Elnur Məmmədov (tam adı: Elnur İsrafil oğlu Məmmədov; 16 sentyabr 1989, Daşkəsən rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Elnur Məmmədov 16 sentyabr 1989-cu ildə, Daşkəsən rayonunda anadan olmuştur. Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi, buna görə də böyüdüyündə hərbçi olmaq qərarına gəldi. 20% torpağımızın düşman tapdağı altında qalması onu narahat edirdi və bir gün qisas gününün gələcəyinə ümid edirdi. Məmmədovlar ailəsinin üç oğlu var, evin böyüyü olan Elnurun bir gün İkinci Qarabağ müharibəsində iştrak edəcəyi, hətta şəhidlik zirvəsinə yüksələcəyi ağıllarna belə gəlməzdi. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, bir mənalı olaraq, İkinci Qarabağ müharibəsi başladı. Vətəninin bu dar günlərində ürəyi dözməyən, 2 əkiz qız atası olan Elnur, sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Uşaqlarının gözlərindən öpüb, anasından halallıq alan Elnur, Vətənin keşiyinə yollandı. Bu şanlı qələbədə onunda payı olmalı idi və olduda. 2 oktyabr 2020 ci ildə Daşkəsən, Kəlbəcər rayon sərhədində, qəhrəmanlıq göstərərək şəhadətə qovuşdu .
Elnur İsmayılov (şəhid)
Elnur Arif oğlu İsmayılov (24 fevral 2001, Baş Küngüt, Şəki, Azərbaycan — 15 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur İsmayılov 2001-ci il fevralın 24-də Şəki rayonu Baş Küngüt kəndində anadan olub. 2007-ci ildən Şəki rayonu Baş Küngüt kənd tam orta məktəbində, 2008 – 2011-ci illərdə Şəki şəhər 19 saylı tam orta məktəbində, 2011 – 2016-cı illərdə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbində təhsil alıb. Ailədə 2 bacı, 1 qardaş olublar. Atası Arif İsmayılov Birinci Qarabağ müharibəsi qazisidir. Tərtər istiqamətində gedən ağır döyüşlərdə yaralanmışdır və hazırda 2-ci qrup əlildir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elnur İsmayılov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olub. Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elsevər Əliyev (şəhid)
Elsevər Hikmət oğlu Əliyev (7 avqust 2001; Qusarçay, Xaçmaz, Azərbaycan — 1 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsəvər Əliyev Füzulinin azad edilməsində savaşıb. Elsevər Əliyev 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Xaçmazda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Elvin Həsənov (şəhid)
Elvin Mustafayev (şəhid)
Elvin Mustafayev (tam adı: Elvin Mustafayev Qiyas oğlu)1993, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Mustafayev 1993-cü ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2000–2012 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) https://president.az/articles/49098. https://president.az/articles/49511.
Elvin Məmmədov (şəhid)
Elvin Eldəniz oğlu Məmmədov (25 iyun 2001; Ağdaş, Azərbaycan — 15 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Məmmədov 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Ağdərə və Kəlbəcər döyüşlərində savaşıb. 15 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ağdaşda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elvin Əhmədov (şəhid)
Elvin Əliyev (şəhid)
Elvin Famil oğlu Əliyev (31 iyul 2000; Sərxan, Şəmkir rayonu — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Əliyev 2000-ci il iyulun 31-də Şəmkir rayonunun Sərxan kəndində anadan olub. 2007–2018-ci illərdə Q. Mirzəməmmədov adına Sərxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elvin Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əliyev oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Sərxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Məmmədov (şəhid)
Elxan Məmmədov (15 may 1998, Cəyirli, Qobustan rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elxan Bədəl oğlu Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005–2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. Elxan Məmmədov 2016–2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu cəyirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" "Füzuli uğrunda" " Cəbrayıl uğrunda" "Xocavənd uğrunda" medalı ilə təltif edildi.
Elçin Baxşəliyev (şəhid)
Elçin Bağırov (şəhid)
Elçin Hüseynov (şəhid)
Elçin Məhərrəmov (şəhid)
Elçin Quliyev (şəhid)