ŞADLIĞINA ŞİTLİK ELƏMƏK
ŞAH TƏNBƏLİ
OBASTAN VİKİ
Şah Abbası xalçaları
Şah Abbası xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Şah Abbası xalçası
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 −1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. == Bədii xüsusiyyətləri == "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.
Abbası
Abbası — pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Tarixi-cəhangüşayi-Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri və ya Tarixi-cəhangüşayi-Nadiri (farsca:جهانگشای نادری), ya da qısaca Tarixi-Nadir — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən yazılan tarixçilik əsəri. “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri” əsərinin adı Azərbaycanca “Dünyanı fəth edən Nadirin tarixi” deməkdir. == Haqqında == Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür. Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddur. Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Tarix-e Cahanqoşa-ye Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri və ya Tarixi-cəhangüşayi-Nadiri (farsca:جهانگشای نادری), ya da qısaca Tarixi-Nadir — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən yazılan tarixçilik əsəri. “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri” əsərinin adı Azərbaycanca “Dünyanı fəth edən Nadirin tarixi” deməkdir. == Haqqında == Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür. Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddur. Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. == Zəmin == 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. == Ələ keçirilmə == 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Aram Şah
Aram şah və ya Erem şah (XII əsr – may 1211) — Dehli Sultanlığının ikinci sultanı idi. O, 1210-cu ildə Sultan Qütbəddin Aybəkin gözlənilmədən ölümündən sonra Müəzzilər dövlətinin ikinci hökmdarı kimi Lahorda taxta çıxdı. Lakin o, tezliklə Eltutmuş tərəfindən məğlub edilərək 1211-ci ildə taxtdan endirildi. == Həyatı == Aram şah haqqında çox şey məlum olmayan bir şəxsdir. Onun atasının kim olduğu və Qütbəddin Aybəklə münasibəti bəlli deyil. Minhac-i Siracın “Təbəqat-i Nasiri”nin bəzi əlyazmalarında onun adından sonra “bin Aybək” (“Aybəkin oğlu”) ifadəsi gəlir. Bu, bəzi tarixçilərin onu Qütbəddin Aybəkin oğlu kimi qəbul etmələrinə səbəb olmuşdur.Aram şahın hakimiyyəti cəmi 8 ay davam etdi. O, bu qısa müddət ərzində heç bir ciddi uğur qazana bilmədi. 1211-ci ildə Eltutmuşla döyüşdə məğlub olub öldürüldü. Eltutmuş Dehli Sultanlığının üçüncü sultanı kimi taxta çıxdı.
Arslan şah
Arslanşah — ad.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Cüneyd Şah
Cüneyd Şah (1992, Srinaqar[d] – 16 iyul 2020, Srinaqar[d]) — Hindistan aktyoru və modeli. Bolid aktyor Ranbir Kapoor ilə bənzərliyi səbəbindən ayrı bir fan bazasına sahib idi.
Deyzi Şah
Deyzi Şah (ing. Daisy Shah, hind. (dev.) डेज़ी शाह) — Hindistanlı model, rəqqasə və aktrisa. 25 avqust 1984–cü ildə Hindistanın Maharaştra ştatında, Bombay (hazırda Mumbay) şəhərində, qucaratlı ailədə anadan olmuşdur.
Fətəli şah
Fətəli şah Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsil mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.