ŞİŞMAN

sif. Çox kök, yekəqarın, şişqarın.
Ayrım qızı qısaboylu, şişman bir qadın idi. A.Şaiq.

// Qabağa çıxmış, şişmiş, qabarmış halda olan.
Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİŞMAN dolu — kök — yoğun — dolğun — qalın — tosqun
  • ŞİŞMAN şişman bax kök I

Etimologiya

  • ŞİŞMAN Ataman, Arzuman, orman, azman, qocaman, dəyirman, dərman, xırman kəlmələrinin hamısında -man şəkilçisi çoxluq anlamı bildirən sözlər düzəldir
ŞİŞLİK
ŞİŞMANCA
OBASTAN VİKİ
Şişman firəngotu
Şişman firəngotu (lat. Lobelia inflata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna inflata (L.) Kuntze Rapuntium inflatum (L.) Mill. Lobelia inflata f. albiflora Moldenke Lobelia inflata var. simplex Millsp. Lobelia michauxii Nutt.
Şişmanlıq
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.

Digər lüğətlərdə