ŞUR₂

is. [ fars. ]
1. Vəcd, şövq, cuşa gəlmə; coşqunluq.
Dili-divanə sevər cantək o zülfisiyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani.
Məcnun öz şurilə çox da aləmə səs salmasın; Hansı namərd can əsirgər bir nigarın eşqinə? S.Vurğun.

// Gurultu, patırtı.
□ Şur etmək – bax şur salmaq.
Şur salmaq – səs-küy salmaq, gurultu qoparmaq.
Şura gəlmək – vəcdə gəlmək, cuşa gəlmək, ruhlanmaq, şövqlənmək.
Tarçı şura gələr tarı görəndə. M.Rahim.

Şura gətirmək – vəcdə gətirmək, cuşa gətirmək, ruhlandırmaq.
Pərini almaq həvəsi onu tamam şura gətirmişdi. Ə.Əbülhəsən.

2. “ilə” qoşması ilə – vəcdlə, həvəslə, şövqlə, ruh yüksəkliyi ilə.
Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.
Ötürdü şaxədə şur ilə bülbül. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞUR vəcd — şövq — coşğunluq
  • ŞUR qalmaqal — hay-küy
ŞUMLUQ
ŞUR₁

Digər lüğətlərdə