ƏBRƏ

f. paltar və ya papağın üzü.

ƏBRAR
ƏBRNİSAR
OBASTAN VİKİ
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd.
Əbrəqunis
Əbrəqunus (əvvəlki adı: Əbrəqunis, digər qədim adı: Qarakilsə) — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən 25 km şimalda, İlandağın ətəyində, Əlincə çayının sağ sahilində yerləşir. Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir. Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilmişdir ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir. Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. Kənd 1590-cı ildə elə həmin il yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil edilmişdir.
Əbrəqunis nekropolları
Əbrəqunus nekropolları – Culfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir. Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır. Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 1990 – 1991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır.
Əbrəqunis rayonu
Əbrəqunis rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1930–1949-cu illər ərzində mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Əbrəqunus kəndi olmuşdur. Əbrəqunis rayonu 8 avqust 1930-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidi olaraq yaradılmışdır. Heyvandarlıq, arıçılıq, üzümçülük və əkinçilik rayonu olmuşdur. Əbrəqunis rayonu 5 yanvar 1949-cu il tarixində ləğv edilmiş, ərazisi isə Culfa rayonuna birləşdirilmişdir. 1939-cu il siyahıyalınması üzrə rayon əhalisi 9.413 nəfər olmuşdur. Onlardan 87,3%-i azərbaycanlı, 11,8%-i isə erməni olmuşdur. Rayon ərazisində 1932–1948-ci illərdə "Zərbəçi heyvandar" qəzeti nəşr edilmişdir.
Əbrəqunus
Əbrəqunus (əvvəlki adı: Əbrəqunis, digər qədim adı: Qarakilsə) — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən 25 km şimalda, İlandağın ətəyində, Əlincə çayının sağ sahilində yerləşir. Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir. Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilmişdir ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir. Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. Kənd 1590-cı ildə elə həmin il yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil edilmişdir.
Əbrəqunus nekropolları
Əbrəqunus nekropolları – Culfa rayonunun Əbrəqunus kəndi ərazisində yerləşən orta əsrlərə aid üç nekropol kompleksidir. Nekropollarda müxtəlif dövrlərdə xırda tədqiqat işləri aparılmışdır. Culfa rayonunun Əbrəqunus kəndinin qərbində, Ərəfsə - Naxçıvan yolunun sağında, uzunsov təpənin üzərində yerləşən və orta əsrlərə aid olan I Əbrəqunus nekropolu əkin sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 m² – dir. 1990 – 1991 – ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol ərazisindəki qəbirlər müxtəlif dövrlərə aid olub müxtəli formalıdır. Şimal – qərb istiqamətində olan qəbirlərin başdaşıları dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. Daş – qutu qəbirlərin birindən aypara formalı tunc sırğalar tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma formasında olub, kobud hazırlanmışdır. Bəzi sinə daşları isə həndəsi və memarlıq ornamentləri ilə naxışlanmışdır.

Digər lüğətlərdə