ƏĞYARLIQ
ƏHALİ
OBASTAN VİKİ
ABŞ əhalisinin siyahıyaalınması (2010)
2010-cu il ABŞ əhalisinin siyahıyaalınması ABŞ-də 23-cü və hal-hazırda ən axırıncı əhalinin siyahıyaalınmasıdır. Siyahıyaalınma üçün hesablama günü 1 aprel 2010-cu il hesab edilmişdir. Hesablamanın dəqiqliyini artırmaq üçün 635.000 müvəqqəti hesablayıcı işə alındı. ABŞ əhalisi 2000-ci il siyahıyaalınmasına görə 9.7% artaraq 308,745,538 nəfər təşkil etmişdir. == Tanışlıq == ABŞ Konstitusiyasına əsasən 1790-cu ildən hər on ildə bir ABŞ əhalisinin siyahıyaalınması həyata keçirilir. Bundan əvvəlki siyahıyaalınma 2000-ci il ABŞ əhalisinin siyahıyaalınması olmuşdu. ABŞ əhalisinin siyahıyaalınmasında iştirak ABŞ Kodeksi 13-cü maddəsinə əsasən nizamlanır. 25 yanvar 2010-cu ildə Siyahıyaalma Bürosunun direktoru Robert Qrovs şəxsən Alyaskanın Nurvik şəhərinin sakini, ikinci dünya müharibəsi veteranı Klifton Ceksonu qeydə almaqla 2010-cu il siyahıyaalınmasını rəsmən açılışını etmişdi. 15 mart 2010-cu ildən başlayaraq 120 milyondan artıq siyahıyaalma vərəqəsi ABŞ Poçt Xidməti vasitəsilə göndərilməyə başlandı. 1 aprel 2010-cu ilə qədər poçt vasitəsilə gönədrilən və evlərə çatdırılan vərəqələrin sayı təxminən 134 milyon idi.
Abbas Əhməd Axundi
Abbas Əhməd Axundi (6 iyun 1957, Nəcəf) — İranlı siyasətçi, akademik və Həsən Ruhani kabinetində nəqliyyat naziri. 1993-cü ildə Axundi, Mənzil və şəhərsalma naziri olmuşdu ki onu İranın müasir tarixində ən gənc nazir etdi. Axundi, Əbdülhüseyn Əmininin qız nəvəsidir.
Abdul Müzəffər Nur Əhməd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Abdulla Əhm
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulla Əhmədov
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdullah Əhmədov
Abdullah Əhmədov (mart 1949, Qax) — fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent. == Həyatı == Əhmədov Abdullah Əmrullah oğlu 1949-cu ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1966-cı ildə Sarıbaş kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə universiteti "Yarımkeçiricilər" ixtisası üzrə bitirərək, bir müddət Sarıbaş kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, iki il yarıma işini tamamlayaraq, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə etməyinə baxmayaraq düz iki il işsiz qalmışdır. 1980-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. Abdullah Əhmədov 120-yə qədər elmi məqalənin, bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, iki övladı var. == Mənbə == Tələbə dünyası.
Abdullah Əhmədov (əsgər)
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) — 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü. 2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Adi əhvalat (film, 1991)
Adi əhvalat qısametrajlı bədii süjeti rejissor Rasim İsmayılov tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları C. Qədiyev və L. Abdullayeva ifa edirlər. == Məzmun == Filmdə liftlərin işləməməsindən söhbət açılır.
Adi əhvalatlar (film, 2000)
Adi əhvalatlar filmi rejissor Murad İbrahimbəyov tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Kinokomediyada elektrik və montyor Vasili İvanoviç Myakişevin (Vladimir Steklov) başına gələn əhvalatlardan bəhs olunur. Filmdə əsas rolları Vladimir Steklov, Kristina Orbakayte, Lyudmila Polyakova, Sergey Nikonenko, Aleksey Jarkov, Sergey Rubeko, Yuri Mitrofanov, Yuri Nifontov, Yuri Çernov və Vladimir Bolşov ifa edirlər. == Məzmun == İnsanlıq öz ağlının ən müxtəlif, ən fantastik əməllərinin həlli yollarını elektrik vasitəsilə tapmışdır. Burada elektrik və montyor Vasili İvanoviç Myakişevin (Vladimir Steklov) başına gələn əhvalatlardan bəhs olunur. == Film haqqında == Film yazıçı Mixail Zoşşenkonun hekayələri əsasında ekranlaşdırılmışdır. == Festivallar və mükafatlar == 2000-ci ildə Anapada "Kinoşok" festivalında film "Mixail Zoşşenkonun əsərlərinin istedadlı kinematoqrafik ifadəsi" xüsusi mükafatına layiq görülmüşdür. 2001-ci ildə film "Ədəbiyyat və Kino" festivalında Rusiya Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının xüsusi mükafatını almışdır. 2001-ci ildə Vladiqafqaz Kinofestivalında filmə Ən yaxşı rejissor işi mükafatı verilmişdir.
Aişə Sultan (III Əhmədin qızı)
Aişə Sultan (ərəb. عیسائی بن احمد سلیمان‎, 11 oktyabr 1715 və ya dekabr 1718, Konstantinopol – 9 iyul 1775, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Eyni illərdə yaşayan əmisi II Mustafanın qızı Aişə Sultanla qarışdırılmaması üçün Kiçik Aişə Sultan olaraq anılır. == Həyatı == Aişə Sultan 1713-cü ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı III Əhməd, anası isə xanımlarından Əminə Qadınəfəndidir. 1724-cü ildə hələ 11 yaşında ikən atasının silahdarı Mehmed Paşayla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Toy mərasimi isə 22 may 1728-ci ildə Topqapı sarayında baş tutdu. 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı nəticəsində sədrəzəm Nevşəhərli İbrahim Paşa edam edilmiş, atası Sultan Əhməd isə taxtdan endirilmişdi. Həmin ilin oktyabrında əri Mehmed Paşa sədarətə gətirilsə də, 3 ay sonra vəzifədən alındı və Hələb bəylərbəyliyinə gətirildi.
Aişə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Allı (Əhər)
Allı (fars. اللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (170 ailə).
Alman-i Qədim (Əhər)
Alman-i Qədim (fars. ال مان قديم‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (67 ailə).
Almaniya əhalisi
Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir. == Əhalinin Almaniya ərazisində yayılması == Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır.. 31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır. == Mühacirlər == Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır. Onlardan: 1,749 mln. — türklər (bütün əcnəbi vətəndaşların 1/3-i və ümumi ölkə əhalisinin təxminən 2,4 %-i); 930 min. — keçmiş Yuqoslaviya respublikaları fətəndaşları; 187,5 min.
Almaxanım Əhmədli
Almaxanım Vüqar qızı Əhmədli (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi. == Həyatı == Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub. Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub. == Fəaliyyəti == Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
Almaz Əhmədova
Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; 1 oktyabr 1949, Ağdam – 26 dekabr 2020) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı. == Həyatı == Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur. Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub.
Alpout (Əhər)
Alpout (fars. الپاويت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (21 ailə).
Alvar (Əhər)
Alvar (fars. الوار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Amal Əhmədov
Amal Rauf oğlu Əhmədov (3 may 1996, Tver – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Əhmədov 1996-cı il mayın 3-də Rusiya Federasiyasının Tver şəhərində anadan olub. 2002–2013-cü illərdə Gəncə şəhərində C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub, 2014-cü ildə isə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Amal Əhmədov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Əhmədov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Amerika əhvalatı İks (film, 1998)
"Amerikan İks tarixi" (ing. American History X) — 1990-cı illəri neonasistləri haqqında 1998-ci ildə çəkilmiş ABŞ kinodraması. Film rejissor Toni Keyinin həm kinorejissor və ssenarist kimi debütüdür. Filmin tənqidçiləri filmin üstünlükləri içərisində baş rolun ifaçısı Edvard Nortonun mahirliklə ifa edilən rolunu qeyd edirlər. Belə ki O, bu filmə görə ən yaxşı aktyor nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Filmin çatışmamazlıqları arasında isə bəzi lazımsız qəddarlıq səhnələrini göstərirlər.
Anar Əhmədov
Anar Əhmədov (1976, Cəbrayıl rayonu) — riyaziyyatçı alim, professor. == Həyatı == 1976-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. == Təhsili == 1993-cü ildə orta təhsilini Bakı şəhərindəki 58 saylı məktəbdə bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-cı ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir. == Elmi fəaliyyəti == 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə elmlər doktoru dərəcəsi almışdır. 2001 və 2003–2004-cü illərdə ABŞ-nin UC Berkeley və Princeton universitetlərində doktorluq dərsi almışdır. 2006–2009-cu illərdə ABŞ-nin Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix Universitetində, Avstriyanın Vyana Universitetində köməkçi professor və alim kimi çalışmışdır. Hal-hazırda ABŞ-nin Minnesota Universitetində professor kimi çalışır. == Mükafatları == Simons Research Fellowship, 15 mart, 2018.
Arif Əhməd Paşa
Arif Əhməd Paşa — İrəvan bəylərbəyi. Arif Əhməd Paşa Diyarbəkir vilayətini (1720-1724) və İrəvan vilayətini (1724-1726) idarə etmişdir.

Digər lüğətlərdə