– [Zənci:] Zəncirlə bağlıdır mənim əl-qolum.
□ Əli-qolu açılmaq – geniş fəaliyyət göstərməyə imkan tapmaq, maneələrdən azad olmaq.
Amma ərə gedəndən sonra … [Tükəzbanın] əli-qolu daha da açıldı və gəzib dolanmağı daha da artdı.
[Pəri:] Hər halda Sara öldü, əlim-qolum açıldı.
Əli-qolu bağlanmaq – hərəkət azadlığından məhrum olmaq, heç bir şey edə bilməmək.
Əl-qol açmaq – bax əli-qolu açılmaq.
Yenə ayağa qalxıb əl-qol açdı və süzə-süzə Beyrəyə sarı gəlməyə başladı.
Əl-qol atmaq – 1) çapalamaq;
2) həyəcanla, əsəbi halda danışmaq, əl-qolunu oynatmaq, özündən çıxmaq.
Nə əl-qol atırsan? – [Səfər:] O yan-bu yana əl-qol atma, ay Xəlil.
Kitabsatan bunları elə ucadan deyir, elə qəzəblə əlqol atırdı ki, dalaşmağa adam axtardığını güman etmək olardı.
Əl-qol ölçmək – əl-qolunu oynatmaq.
Rəhim bəy səbir edə bilməyib əl-qolunu ölçərək qışqırdı.
[Mirzə Şəfi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirirdi.
Əl-qolu gəlməmək – həvəsi gəlməmək, istəməmək.
Əl-qolu gəlməyən, çəkilib matməəttəl qıraqda dayanan da olurdu.
Əl(ini)-qolunu bağlamaq – sərbəst hərəkət imkanından məhrum etmək, fəaliyyət göstərməsinə imkan verməmək.
[Gülnisə:] …Əvvəl çalışıb, Pərini Bəhrama verib əl-qolunu bağlamaq lazımdır.
Sözün açığı budur ki, intriqa, çəkişmə, şəxsiqərəz sizin əl-qolunuzu bağlayıb işləməyə imkan vermir. “ ”.