1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır.
– Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın.
[Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur.
2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə, haqlıdır.
– Ol qədər cövr etmə üşşaqə ki, səndən çəksin əl; Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər.
[Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm.