Əlizamin Sadıqov
Əlizamin Sadıqov (tam adı: Sadıqov Əlizamin;) — Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor
1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
1991–1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib.
2000–2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib.
2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya
2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət
2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine)
2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ
Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ
Vayskof Universiteti, İnvaziv Pulmonologiya
1983–1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb.
1987–1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb.
1995–2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanserində çalışmışdır.
200-dən çox elmi məqalənin müəllifidir. 60 jurnal məqaləsinin müəllifidir.