1. Birinə inanıb bir şeyi müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük sizdə əmanət qalsın.
□ Əmanət almaq – müvəqqəti istifadə üçün almaq. Kitabı əmanət almışam.
Əmanət vermək – müvəqqəti istifadə üçün vermək.
Əmanət qoymaq – bir şeyi müvəqqəti olaraq inandığı adama, ya yerə tapşırmaq, qoymaq.
Əmanət saxlamaq – başqasının malını, pulunu müvəqqəti olaraq olduğu kimi qoruyub saxlamaq.
// Saxlanmaq üçün birinə müvəqqəti olaraq tapşırılan şey, özgənin tapşırdığı şey. Özgənin əmanətidir, verə bilmərəm. – At elin, torba əmanət; Bizim daha nəyimiz var? ( Ata. sözü ).
□ Allah əmanəti, Allaha əmanət – saxlamaq, qorumaq üçün müvəqqəti olaraq başqasına verilən qiymətli şey.
// Sif. mənasında. Əmanət qoyulmuş, müvəqqəti tapşırılmış. Əmanət şey.
2. Banka faizlə qoyulan pul. Əmanətlərin qəbulu, verilişi.
□ Əmanət kassası – əhalinin artırıb yığdığı pulları müəyyən imtiyazlarla qoruyub saxlayan maliyyə müəssisəsi. Pulunuzu əmanət kassasına qoyun. Əmanət kassası kitabçası. Əmanət kassasından pul götürmək.
3. bax amanatabənd.
4. nida köhn. Allah eləməsin.