ƏQRƏB₂

is. [ ər. ] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi.
– …[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli.
Saatın əqrəbləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq.
Yaxın dur! R.Rza.

◊ Əqrəb əqrəb üstündə – saatın tam 12 olduğunu göstərən ifadə;
// bəzən tam vaxtında mənasında.
Nazir … müşavirənin sabah saat onda əqrəb əqrəb üstündə, … öz yanında davam edəcəyini bildirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏQRƏB I ƏQRƏB (saatda) Divardakı saatın əqrəbləri isə tənbəl-tənbəl tərpənir, xarab olmuş kimi güclə hərlənirdi (Ə

Omonimlər

  • ƏQRƏB ƏQRƏB I is. [ ər. ] Saatda vaxtı göstərən dəmir mil. Qucaqlaşıb öpüşdü saatın əqrəbləri... (O.Sarıvəlli)

Etimologiya

  • ƏQRƏB Ərəbcədir, barmaq böyüklüyündə, quyruğunda zəhərli iynəsi olan böcəkdir. Bizdə çayın (çiyan) adı ilə yayılıb
ƏQRƏB₁
ƏQRƏBA
OBASTAN VİKİ
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Omikron Əqrəb
Omikron Əqrəb — Scorpiusun Bürcündə bir ulduzdur. +4.57 görünən vizual ölçülü ilə adi gözlə görünə bilər. Parallaks ölçmələr təxminən 900 işıq ili olan məsafəni göstərir. Bu, Rho Ophiuchi qaranlıq bulud yaxınlığında yerləşir. Bu A4II / III mükəmməl təsnifatlı ağ A tipli parlaq nəhəngdir. Bu nadir sinif sinfinin parlaq üzvlərindən biridir və öyrənməyə maraqlıdır. Omikron Əqrəb günəş kütləsinin təxminən səkkiz dəfə, radiusdan on beş dəfə, təxminən 40 milyon yaşındadır.Ulduzun günəş işığının 3.125 dəfə təxminən 8,128 K olan effektiv temperaturda xarici atmosferindən yayılır.Ətrafdakı tozun və ya mümkün bir infraqırmızı parlaq yoldaşı olması səbəbindən infraqırmızı aşınma göstərmir, lakin bu ulduzun işığı interstellar tozundan məhv olur. Omikron Əqrəb 20-ci əsrdə Scorpius-Centaurus OB assosiasiyasında Üst Scorpius alt qrupunun mümkün bir üzvü kimi bəzən xatırlandı.Bununla belə, Hipparcos tərəfindən ölçüldüyü qədər kiçik hərəkətə və kiçik trigonometrik paralaksaya görə bu qrupundaha son üzvlük siyahılarında görünmür. Bu, Scorpius-Centaurus ilə əlaqəli bir fon ulduzu olduğunu göstərir.
Otokar Əqrəb
Otokar Əqrəb, Otokar tərəfindən hazırlanan zirehli transportyor.
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, ürəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
Əqrəb (bürc)
Əqrəb (lat. Scorpius) - zodiakal bürc.
Əqrəb (dəqiqləşdirmə)
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil.
Əqrəb (jurnal)
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal. 8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü. Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Qırmızı əqrəb
Qırmızı əqrəb (ing. Red Scorpion) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmidir. Afrikada (Anqola nəzərdə tutulur) anti-kommunist hərakatı olan Vətəndaş müharibəsi başlayır. Bu səbəbdən SSRİ-nin hərbi qüvvələri Afrikaya ən yaxşı Xüsusi Təyinatlı Əsgərlərindən biri olan leytenant Nikolay Raçenkoya, üsyançıların başçısını öldürmək əmri verilir. Nikolay Raçenko SSRİ, Kuba və Çexoslovakiyanın birləşmiş hərbi qüvvələrinin yerləşdiyi Afrika səhrasına gəlir. Nikolay burada yerləşən bara gələn zaman mübahisə edir və bu səbəbdən dustaqxanaya göndərilir. Nikolayın qaldığı kamerada amerikalı jurnalist və komandir vardır. Həmin komandir Sundat üsyançılarına çalışır. Nikolay isə barda qəsdən mübahisə etmişdir ki, bu komandirin sayəsində üsyançıların başçısına çata bilsin. Amerikalı jurnalist və komandir Nikolayın planı sayəsində buranı tərk edə bilirlər, lakin bu zaman qarşı tərəf onları izləməyə davam etməyə başlayır.
Əqrəb (aerobatika eskadronu)
Əqrəb aerobatika komandası (pol. Grupa Akrobacyjna Skorpion) Polşa Quru Qoşunlarına məxsus aerobatika eskadronudur. 1999-cu ildə qurulmuşdur. Uçuşlar üçün 4 ədə Mi-24 helikopteri istifadə olunur. Bekutlardan başqa Mi-24 helikopterləri ilə uçun 2-ci aerobatika eskadronudur. Qrup ləğv olunmayıb amma hal-hazırda aviaşoularda iştirak etmir.
Əqrəb (hərbi birləşmə)
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur.
Əqrəb X-1
Əqrəb X-1 — Əqrəb bürcündə təxminən 9000 işıq ili məsafədə olan bir Rentgen şüalanma mənbəyidir. Əqrəb X-1 aşkar edilən ilk ekstrasolyar rentgen mənbəyidir və Günəşdən kənarda göydə rentgen şüalarının ən güclü görünən mənbəyidir. Rentgen şüalanması axını gündən-günə dəyişir və optik olaraq vizual bir ulduzla-Əqrəb V818 ilə əlaqələndirilir , 12-13 ulduz ölçüsü aralığında dəyişən bir qiymətə malikdir. Zəif rentgen şüalarının olması ehtimalı əvvəlcə MIT professoru Bruno Rossi və Massachusetts ştatının Cambridge şəhərində Amerika Elm və Mühəndislik İdarə heyətinin sədri Martin Annis, AS & E-nin prezidenti tərəfindən ireəli sürülmüşdür. Onun çağırışından sonra, şirkət ABŞ-nin Hava Qüvvələri ilə astronavtların peykə enməsindən əvvəl peykin səthini araşdırılması üçün müqavilə bağladı və təsadüfən qalaktik rentgen şüalarının mənbələrini aşkar etdilər. Sonradan, Əqrəb X-1, 1960-cı ildə Frank Paolini tərəfindən hazırlanmış yüksək həssas yumşaq rentgen detektorunu daşıyan Aerobee 150 meteoroloji raketini buraxan Riccardo Giacconin rəhbərlik etdiyi bir qrup tərəfindən aşkar edilmişdir. Raket traektoriyası bir qədər uzaqlaşdı, lakin hələ aydan gəlməyən zəif rentgen şüalarının əhəmiyyətli emissiyası aşkar edildi. Beləliklə, fortuitously, və ilk olaraq Frank Paolini tərəfindən göstərilən Əqrəb X-1, Günəş Sistemindən kənarda kəşf edilən ilk rentgen şüalanma mənbəyi oldu. Dedektorun açar qətnaməsi əvvəlcə Əqrəb X-1-in mövqeyini dəqiq müəyyənləşdirməyə imkan vermədi. Bu, mənbəyi Galaktik mərkəzin yaxınlığında yerləşdirilə biləcəyinə dair fikirlər gətirdi, lakin nəticədə bu Əqrəb bürcündə yerləşirdi.
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur. == Tarixi == "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur.
Qırmızı əqrəb (film, 1989)
Qırmızı əqrəb (ing. Red Scorpion) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmidir. Afrikada (Anqola nəzərdə tutulur) anti-kommunist hərakatı olan Vətəndaş müharibəsi başlayır. Bu səbəbdən SSRİ-nin hərbi qüvvələri Afrikaya ən yaxşı Xüsusi Təyinatlı Əsgərlərindən biri olan leytenant Nikolay Raçenkoya, üsyançıların başçısını öldürmək əmri verilir. Nikolay Raçenko SSRİ, Kuba və Çexoslovakiyanın birləşmiş hərbi qüvvələrinin yerləşdiyi Afrika səhrasına gəlir. Nikolay burada yerləşən bara gələn zaman mübahisə edir və bu səbəbdən dustaqxanaya göndərilir. Nikolayın qaldığı kamerada amerikalı jurnalist və komandir vardır. Həmin komandir Sundat üsyançılarına çalışır. Nikolay isə barda qəsdən mübahisə etmişdir ki, bu komandirin sayəsində üsyançıların başçısına çata bilsin. Amerikalı jurnalist və komandir Nikolayın planı sayəsində buranı tərk edə bilirlər, lakin bu zaman qarşı tərəf onları izləməyə davam etməyə başlayır.
Əqrəb mövsümü (teleserial, 2022)
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Əqrəb mövsümü (teleserial, 2023)

Alabəzək əqrəblər
Alabəzək əqrəb — Hörümçəkkimilər sinfinə aid tip == Haqqında == Alabəzək əqrəb, əqrəblər dəstəsinə aid olub təbiətdə çox geniş yayılmışdır. Bunlar sadə və çox qədim heyvanlar olduğuna görə onların quruluşunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Əqrəblər nisbətən iri olub, uzunluğu 10–13 sm -ə çatır. Bədən iki şöbədən ibarətdir. Baş – döş qarıncıq . Onların sərhədli bel tərəfdən aydın görünür. Baş-döş bel tərəfdən ümumi xitin qalxanla örtülmüşdür. Baş döşün üzərində karapaksin mərkəzində bir cüt median gözlər yerləşir. Bunlardan əlavə baş-döşün ön tərəfinin yanlarında bir neçə cüt göz vardır. Baş–döşün ventral hissəsi ətrafların əsas buğumları hesabına formalaşmışdır.
Arabat əqrəbi
Arabat əqrəbi və ya Arabat dili (ukr. Арабатська стрілка, krımtat. Арабат бели, Arabat beli) — uzun və ensiz coğrafi obyekt, Krım yarımadasının şimal-şərqində yerləşir. Arabat əqrəbi əsasən balıqqulağından təşkil olunmuşdur. Arabat Sivaş körfəzi ilə Azov dənizi arasında yerləşir. Uzunluğu 100 kilometrdən çox, eni 270 m - 8 km arasında dəyişir. == Coğrafiyası == Arabat əqrəbi şimalı kiçik Kryaçin adasından Arabat boğazı ilə ayrılır. Adada öz növbəsində materikdən ensiz Qenices boğazı ilə ayrılır. Kryaçin adası Arabat oxunun davamıdır. Promoina və Qeniçeski boğazları ilə Sivaş körgəzi Azov dənizi ilə birləşir.
Yalançı əqrəblər
Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir.
Əqrəbkimilər
Əqrəbkimilər (lat. Scorpaeniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 1300-ə yaxın növü var.
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Əqrəblər
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003–2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.
Əqrəbşəkilli milçəklər
Əqrəbşəkilli milçəklər (lat. Mecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin nümayəndələrinin səciyyəvi xüsusiyyəti-zirvəsində kiçik gəmirici ağız aparatı olan aşağıya doğru xortum şəklində uzanmış baş kapsuludur. Yaşlı fərdlər kiçik (3–4 mm) və orta ölçülü (15–20 mm) olur. İki cüt qısa və ya tam reduksiya olunmuş, yaxud tor damarlı iri qanadları olur. Bığcıqları nazik, uzun və çoxbuğumludur. Gözləri iri, mürəkkəb və fasetlidir. Ayaqları nazik və dartılmışdır. Pəncələri 5 buğumludur. Qarıncığı uzun və ensizdir.

Digər lüğətlərdə