ƏR
ƏRDO
OBASTAN VİKİ
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: "Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante") Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-ci ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Əhməd Ər
Əhməd Ər, (10 iyun 1927, Sünnətçilər[d], Manisa vilayəti – 29 may 2017, Akhisar[d], Manisa vilayəti), Türk əsgəri, siyasətçi və yazıçı . Xorasandan Anadoluya keçən Oğuzların bəzi tayfaları Qərbi Anadoluya çatdı. Cəddi Hayran-i- Mahmud Dədənin (Yatağan Mahmud) və şəcərəsinin nəsildən-nəslə ötürülən məlumatlarla İmam Əli Rzaya aid olduğu söylənilir. Atası Şəvkət bəy, anası Hüsniye Hanımdır. Doğulduğu kənddə ibtidai məktəbi, Akhisarda orta məktəbi bitirmiş, 1947-ci ildə Bursa Işıklar Hərbi Liseyindən məzun olmuş və həmin il Hərbi Akademiyaya daxil olmuşdur. 1950-ci ildə Türk Hərbi Akademiyasından leytenant rütbəsi ilə orduya və jandarmaya qoşulan Əhməd Ər ölkənin bir çox yerində ordunun müxtəlif səviyyələrində xidmət etdi. 1951-ci ildə Bolqarıstandan Türkiyəyə sığınan üç yüz min Türkün əzabından bəhs edən "İmmiqrant" adlı üç pərdəli bir dram yazdı. Bu tamaşa Türkiyədəki "yüz milli dram" siyahısına daxil edildi. 1957-ci ildə Milli Müdafiə Nazirliyi tərəfindən Kosovo Döyüşünün "Naməlum Atlı" adlı radiofonik nümayəndəliyi ilə açılan Radiofonik Nümayəndəlik Yarışmasında bir mükafata layiq görülmüşdür. Bu nümayəndəlik 1957 və 1960-cı illərdə iki dəfə Ankara Radiosunda və 1960-cı ildə bir dəfə İstanbul radiosunda təmsil olunmuşdur.
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Ər-Rahim
Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri. Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır. Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" , "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" . Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.
Ər-Raqib
Ər-Raqib (ər. الرقيب) — Allahın adlarından biri.
Ər-Rauf
Ər-Rauf (ər. الرؤوف) — Allahın adlarından biri.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Ər-Rutbа
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Rаmаdi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Fəxrəddin ər-Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Harun ər-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Şüheyb ər-Rumi
Şüheyb ər-Rumi (ərəb. صهيب الرومي‎; 587, İraq, Sasanilər dövləti – 1 mart 659, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Erkən yaşlarında bizanslılar tərəfindən əsir götürüldüyündən ər-Rumi ("Romalı") olaraq anılır. Tam adı: Əbu Yəhya Şüheyb ibn Sinan ibn Malik ən-Numeyri ər-Rumidir. Atası Sinan ibn Malik Bənu Numeyr adlı ərəb qəbiləsindəndir. Fars padşahı II Xosrov Pərviz Sinanı Bəsrəyə aid olan köhnə əl-Ubul şəhərinə hakim (satrap) təyin edir. Anası Səlma Bənu Təmim qəbiləsindəndir. İran-Bizans müharibəsi zamanı o, anası ilə İraqda olub. Bir dəfə anası kiçik oğlu, yoldaşları və qulluqçuları ilə dincəlmək üçün İraqın əl-Saniy kəndinə gedir. Bu kəndə bizanslıların bir dəstəsi hücum etdiyində, onlar mühafizəçiləri öldürür, mallarını talayır və uşaqları əsir götürürlər.
Ər-Rəhma məscidi
Ər-Rəhma ( ərəbcə:الرحمة - azərb: mərhəmət ) - Ukraynanın paytaxtdı Kiyev şəhərindəki ilk məsciddir. Ər-Rəhma məscidi Ukrayna müsəlmanları ruhani idarəsinin binasını, islam mədrəsəsi və minarəni əhatə edən İslam kompleksidir. Məscid Tatarka adlanan Kiyevin tarixi ərazisində yerləşir. Məscid 3 böyük salondan ibarətdir və içərisində 2 min nəfərədək insan ibadət edə bilər.
Ər-Rəqqə mühafazası
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafazlığı
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
Ər Jedid Məscidi
Əl Jedid Məscidi — Hüseyn bin Əli ət-Türki tərəfindən 1726-ci ildə tikilmiş məscid.
Cəbədar (Ərdəbil)
Cəbədar (fars. جبه دار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 10 km şimal-qərbdə, Ərdəbil-Meşkin avtomobil yolunun üstündədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,529 nəfər yaşayır (330 ailə).
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Cəcin (Ərdəbil)
Cəcin — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 10 km qərbdə, Ərdəbil-Təbriz avtomobil yolunun üstündədir.
Cəfərli (Ərdəbil)
Cəfərli (fars. جعفرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Cəlalabad (Ərdəbil)
Cəlalabad (fars. جلال اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (14 ailə).
Cələqıran (Ərdəbil)
Cələqıran — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şimaldadır.
Cəmiran (Ərdəbil)
Cəmiran — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimal-qərbdədir.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Cəğnab (Ərdəbil)
Cəğnab — İranın Ərdəbil ostanında kənd. Xalxal şəhristanının Səncid bölgəsinin Givi kəndistanında, Səncid qəsəbəindən 10 km şimaldadır.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Daşlıca (Ərdəbil)
Daşlıca (fars. داشلوجه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (18 ailə).
Departament (inzibati-ərazi vahidi)
Departament (fr. département, isp. departamento) — bir sıra ölkələrdə inzibati-ərazi vahidi 1, 2 və ya 3 dərəcələrindədir. İlk dəfə Böyük Fransa inqilabı dövründə Fransanın departamentlərə bölünməsi ilə başlandı. Bu müddəanın inzibati vahidləri təyin etmək üçün əsasən əvvəlcədən Fransanın və ya İspaniyanın, eləcə də rəsmi dilin fransız və ya ispan olduğu ölkələrdə istifadə edilir.
Dicucin (Ərdəbil)
Dicucin (fars. ديجوجين‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,144 nəfər yaşayır (348 ailə).
Dərabad (Ərdəbil)
Dərabad (fars. دراباد‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (103 ailə).
Dərviş Əroğlu
Dərviş Əroğlu (7 mart 1938, Famaqusta, Britaniya Kipri) — Şimali Kipr Türk Respublikasının 23 aprel 2010-cu ildən, 30 aprel 2015-ci ilədək prezidenti olmuşdur. 1938-ci ildə Famaqusta şəhərində anadan olmuşdur.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. Hnçak Daşnaktsutyun Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. Hnçak Daşnaktsutyun Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənistan (tarixi ərazi)
Ermənistan və ya Tarixi Ermənistan (erm. Պատմական Հայաստան) — Kiçik Asiyanın şərqində tarixi və coğrafi vilayət. Vilayət əsasən Kiçik Asiyanın Ermənistan yaylası, o cümlədən Cənubi Qafqazın bir hissəsini əhatə edir. Ermənistan erməni xalqının tarixi təşəkkül tapdığı və yaşadığı ərazidir. Tarixi Ermənistanın siyasi, mədəni və iqtisadi mərkəzi Ağrı vadisi olmuşdur. Müasir Ermənistan Respublikası tarixi Ermənistan ərazisinin təqribən onda birini əhatə edir. Müxtəlif hesablamalara görə, tarixi Ermənistanın ərazisi 300 min ilə 360 min km2 idi. Tarixi şərtlərə görə vilayət Qərbi (Roma, Bizans, Osmanlı) və Şərqi (İran, Qafqaz, Rusiya) hissələrə bölünür. Vilayət tarix boyu çox sayda dövlətin bir hissəsi olmuş və bütövlükdə qısa bir müddət yalnız bir dəfə bir hökmdarın nəzarəti altında olmuşdur. Vilayətin hüdudları Böyük Ermənistan, Kiçik Ermənistan və Kilikiya çarlığının sərhədləri ilə üst-üstə düşür.
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları – Müxtəlif dövrlərdə, Ermənistan Sovet Sosialist Respublikasının və indiki rəsmi adı ilə Ermənistan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasına və indiki rəsmi adı ilə Azərbaycan Respublikasına qarşı irəli sürdüyü ərazi iddiaları. Etnik azərbaycanlılar müxtəlif dövrlərdə 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə deportasiya ediliblər. Təkcə 1948–1953-cü illərdə 150 mindən çox etnik azərbaycanlı Ermənistan SSR ərazisindən kütləvi surətdə və zorakılıqla sürgün olunub. Deportasiyalar zamanı sürgün edilənlərə qarşı kütləvi qətl hadisələri də törədilib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün hərəkətə keçiblər. Birinci Dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri öz planlarını bolşevizm bayrağı altında həyata keçirməyə başlayırlar. Belə ki, 1918-ci ilin mart ayında Bakı kommunası "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlıların bütün Bakı quberniyasında məhv etmək məqsədi daşıyan planı reallaşdırmağa başlayır. Bakıdan başqa, məhz etnik mənsubiyyətlərinə görə Şamaxı və Quba bölgələrində, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və indiki Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlıya qarşı kütləvi qətllər başlayır. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müstəqilliyi elan edilir. 1919-cu ilin aprel ayında müttəfiq dövlətlər, həmin ilin yanvarında Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən təsis edilmiş Qarabağ general-qubernatorluğunu tanıyırlar.
Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri — Səudiyyə Ərəbistanı və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur. Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır. Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır.
Estoniyanın qorunan əraziləri
Estoniyanın qorunan əraziləri 21 aprel 2004-cü ildə Estoniya parlamenti tərəfindən qəbul edilmiş və 10 May 2004-cü ildə qüvvəyə minmiş Təbiəti Mühafizə Qanunu (est. Looduskaitseseadus) tənzimlənir. Qanuna görə, qorunan ərazilərə insan fəaliyyəti ilə dəyişdirilməyən bir vəziyyətdə saxlanılan və ya təbii mühitin qorunub saxlanıldığı, bərpa edildiyi, tədqiq edildiyi və ya tanıdıldığı yerlər və xüsusi tələblərə əsasən istifadə olunan ərazilər daxildir. Aşağıdakılar qorunan ərazilərdir: Milli parklar Təbiəti mühafizə sahələri Təbiət parkları §10.1-də göstərilir: Sahə Respublika Hökumətinin qərarı ilə mühafizə olunan ərazi və ya xüsusi mühafizə zonası kimi mühafizə altına verilir. Bundan əlavə, qanun yaşayış yerlərinin qorunması üçün müəyyən edilmiş, qorunması üçün planlaşdırılan fəaliyyətlərin təsiri qiymətləndirildiyi və yaşayış yerlərinin əlverişli qorunma vəziyyətinə zərər verə biləcək fəaliyyətlərin qadağan olunduğu aşağıdakı xüsusi mühafizə sahələrini elan edir: Ciddi təbiət qoruğu (§ 29) Xüsusi idarəetmə zonası (§ 30) Məhdud idarəetmə zonası (§ 31) Estoniya SSR -nin dövründə zapovedniklər ("elmi təbiət qoruğu") kateqoriyasına aid edilən beş qorunan ərazi mövcud idi: Vilsandi, Viidumäe, Endla, Nigula və Matsalu. Milli park — təbii mühitin, landşaftların, mədəni irsin qorunması, qorunması, bərpası, tədqiqi və tətbiqi, qorunan ərazinin ətraf mühitindən balanslı istifadə edilməsi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Estoniyanın milli parkları aşağıdakılardır: Şimali Estoniyanın sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Lahemaa Milli Parkı; Cənubi Estoniyanın dağlıq morena landşaftının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Karula Milli Parkı; Estoniyanın keçid zonasının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Soomaa Milli Parkı; Qərbi Estoniya arxipelaqının sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Vilsandi Milli Parkı; Qərbi Estoniyanın xarakterik biotik icmalarının və Vyainameri dəniz bölgəsinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Matsalu Milli Parkı; 2018-ci ildə qurulmuş Alutaqus Milli Parkı; Milli parkda ciddi təbiət qoruqları, xüsusi idarəetmə zonaları və məhdud idarəetmə zonaları mövcuddur. Təbiəti mühafizə sahəsi — təbii mühitin qorunması, bərpası, tədqiqi və tətbiqi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Təbiəti mühafizə zonasında mümkün zonalar sərt təbiət qoruğu, xüsusi idarəetmə zonası və məhdud idarəetmə zonasıdır. Landşaft qoruma sahəsi — qorunan ərazinin landşaftlarının qorunması, bərpası, tədqiqi, tətbiqi və istifadəsi üçün nəzərdə tutulmuş bir sahədir.

Digər lüğətlərdə