Bİ...

[ fars. ] İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldən və -siz/-süz mənasını verən şəkilçidir; məs.: biədəb, biinsaf, bivəfa və s.
BIY
BİABIR
OBASTAN VİKİ
.bi
.bi — Burundinın internet kodu.
Bi-Zet
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə. == Toksiki xassələri == Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yo Hyo-Bi
Yo Hyo-Bi (15 iyul 1991, Seul) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yo Hyo-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
"Bico" xalçaları
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
"DAM"da bir gün (film, 1976)
"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsada faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
"Sabah" Yaradıcılıq Birliyi
"İrəli" İctimai Birliyi
"İrəli" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
10 saylı Binəqədi üçüncü seçki dairəsi
114 saylı Şəki kənd birinci seçki dairəsi
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
13 saylı Xəzər birinci seçki dairəsi
13 saylı Əzizbəyov birinci seçki dairəsi
15 saylı Yasamal birinci seçki dairəsi
1840-cı il Birlik Qanunu
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.
1929-cu il birja çöküşü
1929-cu ilin birja çöküşü — 24 oktyabr 1929-cu il Qara Cümə axşamı günü başlayan və Qara Cümə (25 oktyabr), Qara Bazar ertəsi (28 oktyabr) və Qara Çərşənbə axşamı (oktyabr) günlərində fəlakətli nisbətdə olan ABŞ səhmlərinin qiymətlərində kütləvi enişidir. Wall Street Crash kimi tanınan bu birja çökməsi Böyük Depressiyanın başlanğıcı idi. == Tarixi == Çöküşdən əvvəl 1920-ci illərin ortalarında spekulyativ bum baş verdi, bu zaman çoxlu sayda adi amerikalı şirkətlərin iqtisadi göstəricilərinə deyil, səhm qiymətlərinin yüksəlməsinə əsaslanaraq səhmlər aldı. Artan tələb qiymətləri şişirdi, bu da səhmlərdə spekulyasiya etməklə varlanmaq istəyən daha çox sakini cəlb etdi. Bu, iqtisadi köpüyün yaranmasına səbəb oldu. Eyni zamanda, bir çox amerikalılar əvvəllər alınmış qiymətli kağızların təminatı qarşılığında banklardan lazımi vəsaiti borc alaraq kreditlə səhmlər alırdılar. 1929-cu il sentyabrın 3-dən başlayaraq 381,17 pik həddinə çatan Dow Jones sənaye orta indeksi düşməyə başladı. Cümə axşamı, 24 oktyabr 1929-cu il, indeks artıq sentyabr ayı ilə müqayisədə təxminən 20% itirdi və 305,85 ətrafında idi. Birjanın açılışından əvvəl də çaxnaşma yaranmışdı, çünki artıq əvvəlki gün indeks 4,6% aşağı düşüb. Açılışla panika daha da gücləndi.
19 saylı Nərimanov birinci seçki dairəsi
2015 Bilderberq konfransı
2015 Bilderberq konfransı (ing. 2015 Bilderberg Conference) — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı. == Toplantı məkanı == Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb. Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir. == Konfransın gündəliyi == Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir: Süni İntellekt; Kibertəhlükəsizlik; Kimyəvi silahlarla bağlı təhlükələr; Cari iqtisadi məsələlər; Avropa strategiyası; Qloballaşma; Yunanıstan; İran; Yaxın Şərq; NATO; Rusiya; Terrorizm; Birləşmiş Krallıq; ABŞ; ABŞ-dəki seçkilər.
2017 Gənclərin Birlik Oyunları
2017 Gənclərin Birlik Oyunları— 2000-ci ildən start verilən və sayca altıncı dəfə təşkil olunan Gənclərin Birlik Oyunlarıdır.
21 saylı Nəsimi birinci seçki dairəsi
24 saylı Nizami birinci seçki dairəsi
26 saylı Sabunçu birinci seçki dairəsi
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur. == Həmçinin bax == 300 spartalı (film, 1962) 300 spartalı (film, 2007) == İstinadlar == == Xarici keçidlər == warnerbros.com/300-rise-empire — 300: Bir imperiyanın yüksəlişinin rəsmi saytı 300: Bir imperiyanın yüksəlişi — Internet Movie Database saytında.
30 saylı Suraxanı birinci seçki dairəsi

Digər lüğətlərdə