CILIZ
(Bakı, İsmayıllı, Kürdəmir, Qazax, Masallı, Ordubad, Tovuz)
arıq. – Cılız adam quvvasız olar (Qazax); – Nə cılız uşağdı (İsmayıllı); – Sufayı uşaxdı, hayıf cıqqana cılızdı (Kürdəmir); – Ay qız, tay bu giyəvi: az tə:riflə, görmüşəm dayna, bir cılızın biridi (Ordubad)
II
(Əli Bayramlı)
tək, yalqız. – Bu işi o cılız görmiyib
III
(Ağbaba, Ağdam, Balakən, Basarkeçər, Başkeçid, Bolnisi, Borçalı, Gədəbəy, Gəncə, Goranboy, Hamamlı, Qazax, Şamaxı, Şəki, Tovuz)
bax ciliz . – Sən cılız ağ elədin (Ağbaba); – Vəli danışdıxca cılız hirslənirdi (Bolnisi); – Qaragöz, girdəsifət qız cılız qəşəy olur (Bolnisi); – Həlimə xalanın qızı cılız gözəldi (Gədəbəy); – Gögöyün meşədə cılız çox olur (Borçalı); – Cılız ye:n gedirsən, çatmaq olmor saηa (Hamamlı); – Xa:vər cılız bərk gülürdü (Tovuz); – Sən də cılız həddiηi aşma (Goranboy); – Bi ət göndəribdi bizə cılız yağdı (Şəki)
IV
(Balakən, Gəncə, Tovuz)
xüsusilə, ələlxüsus. – Qolxoççular yaz işlərinə başladı, cılız da havaların yaxşı keçməsi bu işçün şərait yaratdı (Balakən); – Cılız təzə öyə keşməx’ləri olara çox köməy elədi (Gəncə); – Bizim yerlər çox gözəldi, cılız dağ tərəflər (Tovuz); – Bular uzunçudu, cılız da kı bizim bu İlyas (Tovuz)