GÜZ

I
(Əli Bayramlı, Sabirabad, Salyan)
bax küz
II
(Əli Bayramlı, Xanlar, Sabirabad, Salyan)
1. payızlıq şum (Əli Bayramlı, Sabirabad, Salyan)
2. taxıl səpilmiş yerlə səpilməmiş yer arasında çəkilən sədd (Xanlar). – Yerə toxum səpirəx’, sonra güz çəkirəx’ kin, səpilən yernən səpilməyən yer seçilsin
GÜYÜM
GÜZDEX’
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Aşağı Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Güzlək
Aşağı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd həmin rayondakı Yuxarı Küzlək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1922-ci ilə aid mənbədə Gəncəsər monastırına məxsus kəndlər sırasında Güzlək də çəkilir. Türk dillərində küz "payız otlağı", "göy otlu yer", " quzular üçün payız otlağı" sözündən və məkan bildirən -lək şəkilçisindən ibarətdir. Mənaca Küzdək kənd adı ilə eynidir. Kənd Qozluçay dərəsində, Pirəhmədli və Qarakollu kəndləri arasında yerləşir. Aşağı Güzlək kəndi 1993-cü ilin avqust ayının 23 də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir Yaşayış məntəqəsi XIX əsrdə Güzdək (indiki Yuxarı Güzlək) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Güzlək yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Güzalan (Kəleybər)
Güzalan (fars. گوزالان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 751 nəfər yaşayır (161 ailə).
Güzdəhəm ibn Salar
Şahzadə Güzdəhəm (Şamaxı – 1072, Şəki) — Şirvan şahzadəsi, Salar ibn Yezidin ikinci oğlu, I Fəribürzün qardaşı. Onun adı tarixdə ilk dəfə I Fəribürzün Səlcuqilərə ödəməli olduğu xəracı oğurlayıb Ləzgi ölkəsinə qaçarkən çəkilir. 1068-ci ildə Dərbəndə gəldi və əmirlərin yanında sığınacaq tapdı. O Şirvanşah olmaq istəyirdi. Şirvanşah qoşunla həmin ilin noyabrında hərəkət edərək əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə Güzdəhəm arasında vuruşmalar oldu. Haydaq və Tüveyk əhalisi də dərbəndlilərin tərəfində vuruşurdu. Döyüşlər nəticəsində Şirvanşahın qoşunları məğlubiyyətə uğradı. Lakin əl-Bab rəislərinin rəisi Müfərric ibn Müzəffər Şirvanşahın tərəfinə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı tutdu.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. Əhalisi 2400 nəfərdir. (2008).
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.
Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güzelbahçe
Gözəlbağça (türk. Güzelbahçe) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Narlıdərə və Qarabağlar, qərbində və cənub-qərbində Urla, cənubunda Səfərihisar ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. Gözəlbağça 29 dekabr 1993-cü ildə Narlıbağçadan ayrılaraq müstəqil ilçəyə çevrilmişdir. On iki məhəllədən ibarət olan ilçənin sahəsi 77 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 33,725 nəfərdir. Balıqçılıq və kənd təsərrüfatı ilçə iqtisadiyyatının əsasını təşkil edir.
Güzeyçirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Güzgü
Güzgü və ya Ayna — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Güzgü (bədii film, 1990)
Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir. 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir. Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir. Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Güzgü (cizgi filmi, 1990)
Bu multiplikasiya filmi fantasmaqoriyadır, həyat güzgüsündə xeyir və şər qüvvələr qarşı-qarşıya dururlar... Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır... Filmdə Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunmuşdur. Ssenari müəllifi: Tofiq Mirzəyev (Tofiq Mirzə kimi) Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Elçin Axundov, Gülşən Quliyeva Kinooperator: Ramiz Ağayev Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Gülşən Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova, Ziya Xəqani Rəssam: Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov Həmidə Ömərova (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Güzgü (dəqiqləşdirmə)
Güzgü
Güzgü (film, 1990)

Güzgü (film, 1990)(I)

Güzgü (film, 1990)(II)

Güzgü (film, 1997)
Güzgü — 1997-ci ildə azərbaycanlı rejissor Cəfər Pənahinin çəkdiyi filmdir. 1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir. Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir. Nəhayət ki, kameraya baxmaqla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Aidə Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir. Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aydaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impersionizmə meydan verilir. Finalda sərnişinlərinin, sürücünün iştirakı ilə qadın-kişi münasibətlərini arakəsmədən çözdükləri taksinin vicdanlı sürücünün evlərinə gətirib çıxardığı, böyük şəhərin qaydalarına müqavimətini bildirən balaca Minanın vasitəsi ilə güzgü tutulan Tehranın sosiodinamik mühitinin öz əksini karnaval estetikasında tapdığı bu film kinofestivallarda dəyərləndirilərək Lokarnoda “Qızıl bəbir”, İstanbulda “Qızıl lalə” mükafatlarına layiq görülür.
Güzgüdə özgə
Güzgüdə özgə (ing. A Stranger in the Mirror) — Sidni Şeldonun 1976-cı ildə yazdığı romandır.
Güzgülər (film, 2008)
Güzgülər (ing. Mirrors) — Aleksandr Aja tərəfindən 2008-ci il də çəkilən qorxu filmidir. Filimdə Kiefer Saterlend baş rolu aldı. Filmin adı əvvəl "Güzgüyə" (ing. To Mirror) adlanırdı, lakin sonradan dəyişildi və Güzgülər adlandı. Filimin çəkilişləri 1 may 2007-ci il tarixində başlandı və Amerikan teatrlara 15 avqust 2008-ci ildə buraxıldı. Film mənşəcə 2003-cü ildə Cənubi Koreyanın qorxulu film janrında çəkilən "Güzgünün içində" (ing. Into the Mirror) filminin əsasında çəkilmişdir. Film metro stansiyadan keçən təhlükəsizlik xidməti əməkdaşından başlayır. Mühafizəçi qaçır və otağa girəndə görür ki, bütün güzgülər onu əks etdirir.
Güzgülər 2
Güzgülər 2 - 2010 istehsalı amerikan qorxu filmi. 2008-ci il istehsalı olan "Güzgülər" filminin davam filmidir.
Güzik
Güzik (Şepiran)
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).

Digər lüğətlərdə