KADR₂

[ fr. ]
1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. Ordu kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən cəm şəklində işlənir).
– Doktor Balacayev bu rayonda illər boyu səmərəli çalışmış, Gülöyşə kimi bir çox yerli kadrlar yetişdirmişdi. S.Rəhimov.

◊ Kadr şöbəsi – müəssisənin və ya idarənin işçi tutmaq, işdən çıxarmaq və s. ilə məşğul olan şöbəsi.
Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər: – Sabahdan sən qatarda müfəttiş olacaqsan. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KADR şəkil
KÁDMİUM
KADR₁

Digər lüğətlərdə