SAD

ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı.

SACİD
SADAT
OBASTAN VİKİ
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Sad Surəsi
38-ci surə Sad surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir). Surə adını birinci ayədəki "sad" hərfindən almışdır.
Bəşir ibn Sad
Bəşir ibn Sad (I minillik – 633, ərəb. بشير بن سعد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İkinci Akabe beyətində iştirak etmiş və müsəlmanların müşriklərə qarşı bir çox hərbi yürüşlərində iştirak etmişdir. == Bioqrafiya == Bəşir Mədinədə yaşayırdı, Xəzrəc qəbiləsindən idi. O, yazmağı bilən az saylı adamlardan biri olmuşdur. Bəşir İkinci Akabe andiçmə mərasiminin iştirakçısı olmuşdur. O, Numan ibn Bəşirin atası olmuşdur. Məkkəli müsəlmanlar Mədinəyə köçdükdən sonra müsəlmanların müşriklərə qarşı sonrakı bütün döyüşlərində iştirak etmişdir. O, iki dəfə Fədəkdə Bəni-Mürrəyə qarşı (dekabr 629) və Mədinəyə hücum etmək üzrə olan Qatafan qəbiləsinin qüvvələrinə qarşı yürüşdə döyüşür. Birinci yürüş tam uğursuzluqla başa çatır.
Markiz de Sad
Donasyen Alfons Fransua de Sad (fr. Donatien Alphonse François de Sade; 2 iyun 1740[…], Paris – 2 dekabr 1814[…], Sen-Moris, tarixdə Markiz de Sad (fr. marquis de Sade [maʁˈki də sad] kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır. Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır. Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir. Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında.
Murad-Sad (film, 1988)
Film qeyri-adi tərzdə yeni dövrdə gənc müasirlərimizin qarşılıqlı münasibətlərindən söhbət açır. Kinolentin qəhrəmanı Murad (Əyyub Abbasov) "Jan-Pol Maratın təqib olunması və qətli" adlı tamaşa hazırlayır. Tamaşadakı əhvalatlar Napoleon Bonapartın dövründə cərəyan edir. Məşhur tarixi şəxsiyyətləri yada salmaqla filmin müəllifləri fransız inqilabı ilə bizim qəhrəmanlıq dövrü arasında bir oxşarlıq axtarmağa çalışırlar. Bu film İ.Vaysın pyesi üzrə improvizasiyadır. Film rejissor Oleq Səfərəliyev və operator Bağır Rəfiyevin diplom işidir.
Cəfər Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfər ibn Sadiq
Cəfər əs-Sadiq

Cəfəri-Sadiq

Cəfəri Sadiq

Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Dörd sadiq səhabə
Dörd sadiq səhabə — İslamın Şiə məzhəbinə görə İslam peyğəmbəri Məhəmmədin vəfatından sonrakı xilafət ixtilafında Peyğəmbərin əmisi oğlu və kürəkəni, Əhli-Beyt imamlarının birincisi olan Əli bin Əbu Talibi dəstəkləyən dörd sadiq səhabə nəzərdə tutulur. Bunlar aşağıdakılardır: Əbuzər Əmmar Miqdad Salman Salman ümumiyyətlə şiə ilahiyyatında bu dörd elit arasında ən uca şəxs hesab olunur. Məhəmməddən belə nəql olunur: İmanın on dərəcəsi var, Salman onuncu (yəni ən yüksək), Əbuzər doqquzuncu, Miqdad isə səkkizinci dərəcədir. Məhəmmədin səhabələri arasında Əliyə ən yaxın olanlara Məhəmmədin sağlığında şiət-Əli ("Əlinin tərəfdarları") deyilirdi. Cabir əl-Ənsaridən onlar haqqında aşağıdakı hədis rəvayət edilmişdir: Allah Rəsulu buyurdu: "Müjdələr olsun ey Əli! Həqiqətən, sən, səhabələrin və şiələrin cənnətdə olacaqlar." Bu səhabələr daha sonra “Əsl şiə” adlandırıldı. Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Bilal ibn Rəbə, Məhəmməd ibn Əbu Bəkr, Malik Əştər və Hüzeyfə ibn əl-Yəman digər belə tərəfdarlar var idi. Bununla belə, yalnız dörd səhabə Əliyə sədaqətdə fərqlilik qazanmış olmalıdır.
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Elgün Sadıqov
Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. Elgün Sadıqov 12 yanvar 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Elnur Sadıqov
Sadıqov Elnur Kərim oğlu (9 may 2001, Təzəkənd, Cəlilabad rayonu – 29 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. 9 may 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 15 dekabr 2020 tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Elvin Sadıqov
Elvin Namiq oğlu Sadıqov (3 noyabr 1998; Qaradağlı, Goranboy rayonu, Azərbaycan — 1 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Sadıqov 3 noyabr 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində Namiq Sadıqovun ailəsində anadan olmuşdur. Subay idi. Elvin Sadıqov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə etmişdir. Elvin Sadıqov hərbi xidmətini sonradan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirirdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elvin Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və pulemyotçu olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elvin Sadıqov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Sadıqov (futbolçu)
Elçin Cahangir oğlu Sadıqov — (14 iyun 1989, Yelqava, Latviya SSR, SSRİ) — Azərbaycan futbolçusu, qapıçı. Elçin Cahangir oğlu Sadıqov 14 iyun 1989-cu ildə Latviya SSR-nin Yelqava şəhərində anadan olmuşdur. E. Sadıqov 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Zaqatala şəhərinə köçmüşdür. Burada beş il yaşadıqdan sonra ailə 1996-cı ildə Şəmkir şəhərinə köçmüşdür. Burada Elçin Sadıqov "Şəmkir" futbol klubunun uşaq qrupunda məşqlərə başlamışdır. 15 yaşında ikən Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) heyətinə daxil edildiyinə görə daimi yaşamaq məqsədilə 2005-ci ildə Bakı şəhərinə getmişdir. Elçin Sadıqov 2008-ci ildən Azərbaycan Premyer Liqasında "Neftçi" Bakı komandasının şərəfini qorumağa başlamışdır. Bu vaxta qədər o, klubun ikinci komandasında — "Neftçi-2" — nin heyətində çıxış etmişdir. 2007-ci il mövsümündə — 2 avqust 2007-ci ildə Elçin Sadıqov "Neftçi" futbol komandasının tərkibində UEFA Kuboku uğrunda mübarizədə Avstriyanın "Rid" komandasına qarşı oynamışdır. Həmin oyunda "Neftçi" komandası 2:1 hesabı ilə qələbə qazanmışdır.
Emil Sadıqzadə
Emil Əziz oğlu Sadıqzadə (22 iyul 2000; Qovlarsarı, Samux rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş əsgər baş istehkamci kesfiyatci, İkinci Qarabağ müharibəsinin şəhidi. Emil Sadıqzadə 21 iyun 2000-ci ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. 2006-2015-ci illərə qədər Samux rayon Qovlarsarı kənd tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Gəncə Musiqi Kollecində musiqi üzrə təhsil almışdır. Subay idi. Emil Sadıqzadə 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətində fərqləndiyi üçün Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Emil Sadıqzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı atıcı olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emil Sadıqzadə 15 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Emin Sadiqov
Emin Rəşadət oğlu Sadiqov (21 iyul 1998, Şahbuz, Naxçıvan MR – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat etmişdir. Anası Gülşad Qəzənfər qızı Rüstəmova hazırda tibb bacısı işləyir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat almış, burada ilk peşə fəaliyyətinə başlamışdır. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanmış, döyüşlərdə böyük şücaət göstərmiş, komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalmışdır.
Emin Sadıxov
Emin Sadıxov və ya Əmin Sadıqzadə (təxəllüsü: Əmin Sadıq; 1905, Bakı – 1975, Bakı) — şair, jurnalist, tərcüməçi. "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri, "Vətən uğrunda" qəzetinin baş redaktoru olmuşdur. Emin Sadıx oğlu Sadıxov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan dilində çap edilən "Kommunist" qəzetinin müxtəlif şöbələrində şöbə müdiri, 1939-cu ildə Azərbaycan Radio Komitəsində baş redaktor vəzifələrində çalışmışdır. Emin Sadıxov 1941-ci ildə Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsində Təbliğat və təşviqat şöbəsində işləmişdir. 1942-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq, 1945-ci ilin avqust ayına qədər "Vətən uğrunda" diviziya qəzetinin baş redaktoru vəzifəsində (baş leytenant rütbəsində) çalışmış, Qafqaz uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Emin Sadıxov Böyük Vətən Müharibəsində "Almaniya üzərində qələbə uğrunda" medalı ilə təltif edilmişdir. Emin Sadıxov müharibədən sonra 1945-1946 illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan "Təbliğatçı" jurnalında məsul katib və redaktor müavini vəzifələrində çalışmışdır. O, 1948-ci ildə AK(b)P Bakı Şəhər Komitəsində sovet mədəni-maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Emin Sadıxov 1950-1951 illərdə "Kommunist" qəzetinin Xarici xəbərlər şöbəsinin müdiri vəzifəsini icra edilmiş, 1952-ci ildə Azərbaycan Teleqraf Agentliyində Tərcümələr şöbəsinə redaktor vəzifəsinə keçirilmişdir.
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Fikrət Sadıqov
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Fucivara no Sadanaqa
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Həsən Sadıqov
Sadıqov Həsən Şiralı oğlu (1928, Aşağı Mollu, Qubadlı rayonu) — azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Sumqayıt Dövlət Universitetinin Ağsaqqallar Şurasının sədri, prezident təqaüdçüsü. Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Atasını və anasını erkən itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Ancaq çox keçməmiş dayısı da vəfat etmişdir. Kimsəsiz qalan H.Sadıqov Gəncə şəhərinə getmiş və orada baytar-feldşer ixtisasına yiyələnmişdir. Sonra Şuşa Zoobaytar Texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına qatılmışdır. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnmişdir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışmışdır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
III Muhamməd Sadıq Bəy
III Muhamməd Sadıq Bəy (ərəb. أبو عبد الله محمد الصادق باشا باي‎; 7 fevral 1813 – 28 oktyabr 1882) — Sonuncu, müstəqil Tunis bəyidir.
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. Albomun üz qabığında döşəmədə əyləşən qadın kimi bəzənmiş kişi şəkli yer alıb. Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.

Digər lüğətlərdə