LüğətlərAzərbaycan dilinin izahlı lüğəti

TELEFÓN

[ yun. tele və phone – səs] Danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat.
□ Telefon etmək (eləmək) – zəng etmək, telefonla danışmaq.
[Nisə xanım Zakirova:] [Şeyda] Moskvadan telefon eləmişdi ki, Çaykovski salonundakı konsertlərə gedir. Ə.Məmmədxanlı.

TELE...
TELEFONÇU

Digər lüğətlərdə