TRAMVÁY

[ ing. ]
1. Yerüstü relsli şəhər elektrik nəqliyyat növü.
2. Bir və ya bir neçə vaqondan ibarət qatar. Tramvaya minmək.
– İndi tramvay daha enli bir küçə ilə gedirdi. M.Hüseyn.

3. Canlı dildə bəzən şəhərətrafı elektrik dəmir yoluna və onun qatarına verilən ad.
Gəl minək tramvaya, gedək bir Buzovnaya; Bir heykələ bənzəyir sahilində hər qaya. S.Rüstəm.

◊ Çay tramvayı – şəhər dairəsində çayda hərəkət edən kiçik sərnişin gəmisi və ya kateri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TRAMVAY TRAMVAY Trolleybus gözə dəymir, tramvay yox kimidir, avtobuslar da çox azdır, əsasən böyük şəhərlər arasında işləyir (M
TRAMPLİ́N
TRAMVAYÇI

Digər lüğətlərdə