UCQAR

is. Bir yerin ən uzaq hissəsi, kənarı.
Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. Koroğlu”.
…Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov.

// Şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi.
Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq.
Şəhərin ucqarı olan bu küçədə … heç kəs gözə dəymirdi. Ə.Məmmədxanlı.

// Uzaq.
Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. S.Rüstəm.
Divardan asılmış Azərbaycan xəritəsində ucqar dağlar qoynunu göstərdi. M.Rzaquluzadə.

// Ölkənin, dövlətin mərkəzdən uzaqda olan vilayəti, rayonu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCQAR UCQAR (bir yerin ən uzaq, ən kənar hissəsi) İndi müəyyən olurdu ki, kəndin ucqarında, yerin altında bir oyuq yer – kaha vardır (S
  • UCQAR ətraf — kənar — qıraq

Antonimlər (əks mənalı sözlər)

  • UCQAR UCQAR – YAXIN Gələrəm dalınca bir ucqar bağa; O səkir arxayın yaşıl otlağa (M.Rahim); Yaxın bir yerdə görüş təyin etdilər (“Ulduz”)

Etimologiya

  • UCQAR Əsli “uc yer” deməkdir. Yer sözü dəyişərək qar şəklinə düşüb. Dışarı “dış yer” deməkdir, yuxarı “yüksək yerdir”, içəri “iç yerdir”, bura “bu yerdir”,
UCDANTUTMA
UCLUQ

Digər lüğətlərdə